Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-518/2023 26.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 25 sentyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Qəbələ şəhəri, 28 may küçəsində idarəetmə hüququ olmadan “VAZ 21063” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi saxlamadığı üçün yol nəqliyyat hadisəsi törədərək nəticəsində Zərərçəkmiş şəxs məxsus “Chevrolet” markalı “Malibu minik” modelli **-CH-*** qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin polis kapitanı X1 Elçin Vüqar oğluna Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin polis kapitanı X4 izahatında bildirmişdir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Qəbələ şəhəri, 28 may küçəsində idarəetmə hüququ olmadan “VAZ 21063” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi saxlamadığı üçün yol nəqliyyat hadisəsi törədərək nəticəsində Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, 25 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Qəbələ şəhər 28 may küçəsində sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman qarşıda gedən Chevrolet markalı **-CH-*** qeydiyyat nişanlı avtomobili ilə ara məsafəsini pozaraq, nəticədə həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Törətdiyi əməldən peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Qəbələ şəhər 28 May küçəsində Chevrolet markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğu zaman VAZ 21063 markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydlarını pozmuş və nəticədə onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Avtomobilinə maddi ziyan dəymiş, həmin maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, İ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-518/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-518/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver