Məhkəmə qərarları › İş №3(025)-519/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-519/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-519/2023 26.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Hacallı kəndində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 26 sentyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Hacallı kəndində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 26 sentyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 2010-cu ildə Qəbələ rayon Hacallı kənd sakini Elnurə ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların iki övladları var. Davamlı olaraq aralarında mübahislər olduğu üçün arvadı Elnurə ondan ayrılaraq anası ilə yaşayır. Qəbələ rayon Hacallı kəndində qəbirsanlığın yanında olan kanalzasiya təmizləyən texnikaya baxır. xx.xx.2023cü il tarixdə həmin texnikaya baxmaq üçün ora getmişdir bu zaman Elnurə oradan keçirdi. Bundan sonra Elnurə ilə söhbət edərək Hacallı kənd məktəbinə kimi getmişdir. Söhbət zamanı Elnurə ona “nə üçün sən məni narahat edirsən” dedi. O, da ona bildirmişdir ki, o, texnikaya nəzarət edir buna görə yoldadır. Mübahisə zamanı Elnurə onu təhqir etdmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində texnikanın yağını dəyişmək üçün texnikanın yanına getmiş, bu zaman yolda Elnurə ilə qarşılaşmışdır. Ona “uşaqlar üçün nə vaxt paltar alacaqsan?” dedi, o, da ona bildirmişdir ki, özü xəbər edəcək. Elnurə bildirmişdir ki, onun yolundan çəkil, o, da ona “mən iş görməyə gedirəm, sənin yoluna çıxmamışam” demişdir. Bundan sonra Elnurə evə getmişdir. Elnurəni vurmamış və heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 2010-cu üdə ailə həyatı qurmuşdur. Lakin həmin şəxslə aralarında davamlı olaraq mübahisələr yarandığı üçün, o, ondan boşanmış və hal hazırda ayrı yaşayır. Övladlarından biri əri ilə biri onunla yaşayır. Həmin şəxsdən boşandıqdan sonra bir neçə dəfə Şəxs onun qarşısına çıxaraq onu qaçıracağı ilə hədələyibdir. xx.xx.2023-cü il tarixdə səhər işə gedən zaman İslam onun yoluna çıxaraq onu yenidən narahat etmiş, lakin həmin vaxtı İslama heç bir söz deməmişdir. Həmin günü, işdən evə qayıdarkən yenidən İslam onun qarşısına çıxaraq onunla sözlü mübahisə etmiş və onun qolundan dartaraq aparmaq istəmişdir. Lakin getmək istəmədiyini ona bildirərək, ucadan qışqırmış və İslam səsə kimsə gəlməsin deyə qorxub qolunu buraxmışdır. Sonra evə gedərək bu barədə anasına məlumat vermiş, anası isə “102” xidmətinə bu barədə məlumat vermişdir. Sonda isə Şəxs ilə barışmayacağını, ondan şikayətçi olduğunu və ona daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 498 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ mil bilək oynağının içəri səthinin qançırı kimi xəsarəti olduğu və həmin xəsarət xx.xx.2023-cü il tarixə təsadüf etmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/1341 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar