Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-52/2021 25.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində Xəlilov X5 Vacib Həşim oğlu ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində Xəlilov X5 Vacib Həşim oğlu ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Qəbələ rayonu, Mıxlıqovaq kəndində ara yolda həmkəndlisi X2 ona məxsus həyət itini nəzarətsiz buraxması səbəbindən aralarında mübahisə yaranmışdır. Bu zaman Feruz onun baş nahiyəsindən beyzbol sopası ilə vurmuşdur. O da hadisə zamanı Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etmiş ola bilər. Hadisə baş verən zaman orada başqa adamlar olmamışdır. Bundan əvvəl də dekabr ayında sahə rəisi tərəfindən Qəbələ rayon Polis şöbəsinə dəvət olunmuş, barəsində İXM-nin 157-ci maddəsi ilə protoklol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı Qəbələ rayon, Mıxlıqovaq kəndi ərazisində yerləşən yaşayış evinin həyətində gəzişirdi. Bu zaman həyətinin üstündən keçən yol yerində səs-küy eşitdi. Səsküyün nəyə görə olduğunu bilmək üçün ora getdi. Bu zaman onun oğlu X6 və Şəxs, Xəlilov İlkin qardaşları yüksək səslə mübahisə edirdilər. Həmin vaxt uzaq qonşu X4 da orada idi. Şəxs yüksək tonla söyüş söyürdü. Həmin əraziyə gedib onları sakit olmağa dəvət etdi. Elvin ona tərəf çevrilib söyüş söyərək əlindəki ağacla onu vurdu. Bunu görən oğlu Qəribov Feruz da onu vurdu. Hadisə baş verərkən orada Şəxs, İlkin, Feruz, Əsəd və o olmuşdur. Başqa heç kəs yox idi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-52/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-52/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver