Məhkəmə qərarları › İş №3(025)-52/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-52/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-52/2025 17.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Ağdam rayonu, Qarazeynallı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Ağdam rayonu, Qarazeynallı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291564) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:45 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır və hər həftə Mingeçevir şəhərindən köhnə 2-ci əl paltarları toplayıb Qəbələ rayonu Nic bazarına satmaq üçün gətirir. xx.xx.2025-ci il tarixdə səhər vaxtı Qəbələ rayon, Nic qəsəbəsində olarkən kafelərin birində xaş yemiş və təxminən 0.5 litr spirtli içki olan araq içmişdir. Kafedən çıxaraq özü ilə gətirdiyi köhnə paltarları satarkən tanımadığı bir nəfər qadın və bir nəfər kişi özləri ilə gətirdikləri köhnə paltarlarları satmaq məqsədilə onun yanında qoymuş, bu səbəbdən aralarında baş verən mübahisə zamanı o, həmin şəxsləri döymüşdür. Bir az sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, sərxoş olduğu üçün o, hərəkətlərini idarə edə bilməyərək polis əməkdaşları ilə mübahisə etmiş və səs-küy salmışdır. Qəbələ RPŞ-ə gətirilərkən o, polis maşınının avtomobilinə təpik və yumruqla vuraraq ziyan vurmaq istəmişdir. İş üzrə şahid X5 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nin təhqiqat bölməsində təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə əməliyyat-istintaq qrupunun üzvü olduğu üçün növbətçi hissədən ona X1 DİN-nin “102” xidmətinə zəng edərək Şəxs tərəfindən döyülməsi barədə məlumat verməsi bildirilmiş, o, da Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Cavid Cabbarlı və Qəbələ RPŞ-nin növbətçi hissəsinin polis nəfəri, polis serjantı Nurlan Quliyev ilə birlikdə hadisə yerinə (Qəbələ rayonu Nic qəsəbəsinə) getmişdir. Şəxs müraciətlə bağlı izahat verməli olduğu izah edilərkən o ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nizam-intizama dəvət edilməsinə baxmayaraq ucadan ünvanlı və ünvansız söyüşlər söyməyə davam etmişdir. Bundan sonra Şəxs Qəbələ RPŞ-nin növbətçi hissəsinə məxsus avtomobilə sərxoşluq müayinəsindən keçirilməsi üçün gətirilərkən yenə də nalayiq söyüşlər söymüş, avtomobilə yumruq və təpiklə vuraraq dövlət əmlakına ziyan vurmağa cəhd etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022612 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 14:30-da AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 33 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (0,5 pr.m) aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 fevral 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar