Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-520/2023 26.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuş, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranan mübahisə zamanı əri Zərərçəkmiş şəxs2 və qayınanası Zərərçəkmiş şəxs1 döyərək sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 sentyabr 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranan mübahisə zamanı əri Zərərçəkmiş şəxs2 və qaynanası Zərərçəkmiş şəxs1 döyərək sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir. Onunla 2015-ci il tarixdə evlənmişdir, iki azyaşlı övladları vardır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadığı evə sərxoş vəziyyətdə gəlmiş, ona öz iradını bildirmiş, o, isə sözlərinə məhəl qoymamışdır. Həmin vaxt qayınanası Zərərçəkmiş şəxs1 həyətyanı sahəsinə gəldiyini görmüşdür ona oğlu Tehran yenə evə sərxoş vəziyyətdə gəlib demiş qayınanası da onun üzərinə gələrək yerdən götürdüyü ağac parçası ilə sol ayaq nahiyəsindən bir dəfə vurdu, həmin zaman əri Zərərçəkmiş şəxs2 də orada imiş. Əri Zərərçəkmiş şəxs2 də onu itələyirmiş. Həmin zaman orada başqa heç kim yox idi. Əri həmçinin, onu öldürməklə hədələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğlu Şəxs isə gəlinidir. Onlar 2015-ci il tarixdə evlənmiş, iki azyaşlı övladları vardır. Onlar mütəmadi olaraq mübahisə edirlər. Onlar onun qonşuluğunda yaşayır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında oğlunun həyətindən səs-küy eşitmişdir. Oğlunun “vurma ağrıyıram” səsini eşitmişdir. Həyətə çatan zaman görmüşdür ki, Məleykə oğlunu ağac ilə vurur. O araya girən zaman o onu itələmiş, o yerə yıxılmışdır. Ayağa qalxmaq istəyən zaman Məleykə sağ çiynindən ağac ilə bir dəfə vurmuşdur. O də oğlunu götürüb evlərinə gətirmişdir. Gedən zaman Məleykə 102 xidmətinə zəng etdiyini eşitmişdir. Sonda isə Şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Onunla 2015-ci il tarixdə evlənmiş, iki azyaşlı övladları vardır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında sərxoş vəziyyətdə evə gəlmişdir. Ona işlədiyi 15 manat pulu vermişdir. Bu zaman o Məleykə onu təhqir edərək “bu nə puldur mənə verirsən” dedi. O ona nalayiq ifadələr işlətdiyi üçün o da onu nalayiq ifadələr ilə təhqir etmişdir. O da yerdən ağac götürərək üzərinə gəlmişdir. Onun sağ arxa nahiyəsindən zərbə vurdu. Həmin zaman anası Qəsirə gəlmiş, onları ayırmağa çalışmışdır. Məleykə onu itələmiş, o yerə yıxılmış, ayağa qalxan zaman onu da ağac ilə vurmuşdur. Daha sonra o anası ilə onun evinə getmişdir. Sonda isə Şəxs şikayətçi olduğunu və onunla barışmayacağını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin 512 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sağ çiynin bayır tərəfinin qançırı kimi xəsarətin olduğu həmin xəsarətin xx.xx.2023-cü il tarixdə törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu 513 saylı tibbi rəydə Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ budun arxa yuxarı 1/3-nin qançırı kimi xəsarətin olduğu, həmin xəsarətin xx.xx.2023-cü il tarixdə törənə biləcəyi qeyd olunmuşdur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov tərəfindən tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-520/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-520/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver