Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-526/2025 06.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 27 oktyabr 2025-ci il tarixdə Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X3 tərəfindən X2 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində özünə məxsus atla asfalt örtüklü beton yolda hərəkət edərkən, atın arxasıyca qaçan balası (dayça) yola qaçmış və nəticədə “VAZ- 21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “VAZ-21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X3 göstərdi ki, Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı onlara məlumat daxil olmuş və hadisə yerinə getmişlər. Bu zaman məlum olmuşdur ki, Şəxs atla asfalt örtüklü beton yolda hərəkət edərkən, atın arxasıyca qaçan balası yola qaçmış və nəticədə “VAZ-21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “VAZ-21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisə baş verən zaman və onlar hadisə yerinə çatan zaman atın yanında Şəxs olmuşdur. O, da protokolu Şəxs barəsində tərtib etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, atın sahibi Şahiddur, hadisə baş verən gün qonşusu Şəxs birgünlük işi olduğuna görə atı ondan istəmiş, o da vermişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən zaman atın yanında Şəxs olduğuna görə onun barəsində protokol tərtib etmiş, lakin sonradan Şahid atın ona məxsus olduğunu bildirmişdir. Lakin atın kimə məxsus olması barədə halhazıradək tərəfindən hər hansı araşdırma aparılmamış və bu barədə müvafiq sənəd almamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, yol-nəqliyyat hadisəsinə səbəb olmuş at ona yox, qonşusu Şahid məxsusdur. Hadisə baş verən gün, yəni xx.xx.2025-ci il tarixdə atı o sürmüşdür. Belə ki, həmin gün qonşusu Qafara məxsus atın belində olarkən yoldan keçmiş, bu zaman atın yanında olan balası təkbaşına yolu keçmək istəyən zaman sürətlə hərəkət edən “VAZ-21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qəbələ rayonu Kötüklü kəndində yaşayır. xx.xx.2025-ci il tarixə, saat 15:40 radələrində Qəbələ rayonu Kötüklü kəndində asfalt yolda “VAZ-21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən aralıqdan çıxan sahibsiz at qarşısına çıxaraq qaçmış, o, idarəetməni itirmiş və atı vurmuşdur. Hadisə zamanı avtomobildə iki nəfər sərnişin olmuş, heç kim xəsarət almamışdır. Hadisə baç verən zaman atın sahibini müəyyənləşdirə bilməmiş, avtomobildəki sərnişinləri təxminən 2 kilometr məsafəyə aparıb düşürdükdən sonra geri qayıtmışdır. Sonradan o, atın sahibinin Şəxs olduğunu müəyyənləşdirmiş və YPX əməkdaşlarını hadisə yerinə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 15:40 radələrində ona məxsus olan 2 baş atı və atda olan yükləri onun həyətinə aparmasını qonşusu Şahmardan xahiş etmişdir. Qonşusu atı və atdakı yükü onun evinə aparanda atın dalınca qaçan atın balası (dayça) yolu keçən zaman yoldan yüksək sürətlə keçən **-EJ-*** dövlət qeydiyat nişanlı avtomobilə dəymişdir. Atın sahibi odur, lakin hadisə vaxtı atı sürən qonşusu Şahmar olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, İXM-nin 100.1.6-ci maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda öz əksini tapmalıdır. Göründüyü kimi protokolda zərər çəkmiş şəxsin adı, soyadı və onun yaşadığı yerin ünvanı protokolda öz əksini tapmamışdır. Həmçinin İXM-in 100.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında protokoldan göründüyü kimi, zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilməsi barədə protokolda heç bir qeyd aparılmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi “VAZ-21010” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən atla toqquşmuşdur. Bu işin mübahisəsiz halıdır. Lakin protokol tərtib edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş atın sahibinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı araşdırma aparılmamışdır. Barəsində inzibati icraat aparılan Şəxs atın qonşusuna məxsus olduğunu, həmin vaxt qonşusunun xahişi ilə onun həmin at vasitəsi ilə yük daşıdığını bildirmiş, şahid qismində dindirilmiş Şahid isə atın ona məxsus olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X3 da məhkəmə araşdırması zamanı atın kimə məxsus olması barədə tərəfindən hər hansı araşdırma aparılmadığını bildirmişdir. Nəticədə protokolun iş üçün aidiyyəti olmayan şəxs barəsində tərtib olunduğu müəyyənləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-526/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-526/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver