Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-531/2023 06.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16991628 saylı qərarından X2 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16991628 saylı qərarın ləğv edilməsinə və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “HOLCİM ASC" sement Zavodunda işləyir və işlərilə əlaqədar olaraq mütəmadi olaraq İmişli, Beyləqan, Tərtər, Füzuli və digər rayonlarda olur. Şirkət tərəfindən “Hyundai İX 35” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobili idarə edir. Həmin avtomobili səliqəli və qayda-qanunla idarə edilməsinə şirkətdə quraşdırılmış xüsusi cihaz vasitəsi ilə nəzarət edilir. xx.xx.2023-cü il tarixdə saat 13:21 radələrində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 128 km-də quraşdırılmış sürət ölçən-radar vasitəsi ilə onun guya həmin vaxt 165 km/saat sürətlə hərəkət etməyilə əlaqədar (xx.xx.2023-cü il tarixli, EQ ********) İXM-in 328.4-cü maddəsi ilə 300 manat inzibati cərimə yazılmışdır. Bu barədə istifadəsində olan mobil telefona SMS gəlmişdir. Qeyd olunan yolda sürət həddi 90 km/saatdır. Həmin avtomobil yolunda dəfələrlə hərəkətdə olmuş və oradakı sürət həddinin 90 km/saat olduğunu əzbər bilir. Belə olan halda həmin yolda guya 165 km/saat sürətlə hərəkət etməyi tamamilə əsasızdır. Qeyd edir ki, şirkətlərində quraşdırılmış xüsusi cihazda onun həmin gün hərəkət trayektoriyası və hərəkət sürəti göstərilmişdir. Həmin yolda, eləcə də ondan əvvəli və sonrakı yolda avtomobili təxminən 90-98 km/saatla sürmüşdir, (bu barədə müvafiq sənədləri əlavə edir). Hesab edirə ki, ona xx.xx.2023-cü il tarixdə saat 13:21 radələrində İXM-in 328.4-cü maddəsi ilə 300 manat inzibati cərimə yazılması tamamilə qanunsuz və əsassızdır. Şirkət tərəfindən təqdim edilmiş GPS aparatındakı qeydlər də təsdiqləyir ki, qeyd olunan tarixdə və vaxtda onun hərəkət sürəti 98 km/saat olmuşdur. Bu barədə dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat versə də məsələnin araşdırılacağı barədə məlumat verilsə də nəticəsi olmadı. Belə olan halda hesab etdi ki, məhkəmə müdafiəsi hüququndan istifadə etsin. Qeydiyyat və faktiki yaşayış yeri Qəbələ rayonu, Aydınqışlaq kəndi olduğundan (qeyd olunan hadisənin dəqiq hansı rayonun inzibati ərazisində baş verdiyi bilinmir) şikayətini və ona əlavə edilmiş vəsatətini Qəbələ Rayon Məhkəməsinə verir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16991628 saylı qərarın ləğv edilməsinə və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. X1 məhkəməyə vəsatət təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş orqanın nümayəndəsinə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə şikayətçinin və şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16991628 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Odur ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, EQ 16991628 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16991628 saylı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-531/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-531/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver