Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-534/2021 26.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin YPXİ-nin polis serjantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Zəngilan rayonu, Muğanlı kəndində anadan olmuş, Zəngilan rayonu, Muğanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21.10.2021-ci il tarixdə, saat 19:05 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan VOLKSWAGEN PASSAT minik markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və nəticədə VAZ 21033 minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin YPXİ-nin polis serjantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin YPXİ-nin polis serjantı X4 izahatında bildirmişdir ki, Şəxs 21.10.2021-ci il tarixdə, saat 19:05 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan VOLKSWAGEN PASSAT minik markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və nəticədə VAZ 21033 minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 21.10.2021-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektindən dostuna məxsus olan VOLKSWAGEN PASSAT minik markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə 28 May küçəsinə dönərkən həmin küçədə dayanmış VAZ 21033 minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili görmədi və həmin maşının sol tərəfindən vurdu. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur və həmin gün az miqdarda içki qəbul etmişdir. Hadisə zamanı avtomaşında Mahir adlı dostu var idi. Heç biri bədən xəsarəti almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 21.10.2021-ci il tarixdə Qəbələ şəhəri, 28 May küçəsində etibarnamə ilə idarə etdiyi VAZ 21033 minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin küçədə qırmızı işıqda gözləyərkən Qəbələ şəhəri, H.Əliyev prospektindən 28 May küçəsinə dönən VOLKSWAGEN PASSAT minik markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobil onun maşının sol tərəfindən vurdu. Hadisə zamanı onun maşınında heç kim olmamışdır. Heç bir bədən xəsarəti almamışdır. Avtomobilinə dəymiş ziyan Şəxs tərəfindən ödənilməyib, ondan şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Qəbələ RPŞ-nin YPXİ-nin polis serjantı X4 tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-534/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-534/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver