Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-535/2021 26.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1971-ci il martında 10-da Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Qəbələ rayonu Nic qəsəbəsi 4 saylı məktəbdə gözətçi işləyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 oktyabr 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 26.10.2021-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində ərazinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Z.Nadirov və sahə polis nəfəri, polis serjantı R.Qaçayevin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onunbarəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 26 oktyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, 26.10.2021-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində ərazinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Z.Nadirov və sahə polis nəfəri, polis serjantı R.Qaçayevin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 26.10.2021-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsindən ona məktub vermişlər və o məktubu görüb, əsəbləşərək qəsəbənin sahə rəisi Zamiq Nadirovun xidməti otağına getmişdir. Həmin məktubda avqust ayında övladı üçün təşkil etdiyi toy mərasimində karantin qaydalarını pozduğu üçün barəsində tətbiq olunmuş 400 manat məbləğində inzibati cəriməni ödəməyi göstərilmişdir. O, bundan çox əsəbləşərək sahə rəisinin Nic qəsəbəsində yerləşən xidməti otağında cərimənin ona çox yazıldığını, 200 manatını özü ödəyəcəyini, 200 manatını isə onlara ödətdirəcəyini bildirmişdir. Bu zaman əsəbi olduğundan sahə rəisini təhqir etmişdir. Etdiyi hərəkətə görə peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahişedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X5 izahatında bildirmişdir ki, 26.10.2021-ci il tarixdə saat 12:20 radələrində Qəbələ rayonu Nic qəsəbəsində ərazinin sahə polis nəfəri, polis serjantı Rəvan Qaçayevlə birlikdə sahə məntəqəsində olmuşdur. Saat 12:30 radəsində Qəbələ rayon Nic qəsəbə sakini Şəxs xidməti otağa daxil olmuşdur. Əsəbi formada əlində sənədi stolun üstünə ataraq barəsində tərtib olunmuş protokolu polis şöbəsinin ödəməsi olduğunu bildirmişdir. O, bu sözləri deyərkən nalayiq ifadələr işlədirmişdir. Ona söyüş söyməməyi, səbirli olmağı bildirsə də, Şəxs onun iradlarına məhəl qoymayaraq söyüşlər söyməyə davam edərək qəsdən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində tədbir görülməsi onu Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin sahə polis nəfəri X1 Zamiq Fərman oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X9 RPŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis mayoru Ceyhun Qurbanova ünvanladığı 26 oktyabr 2021-ci il tarixli Raportda göstərilmişdir ki, 26.10.2021-ci il tarixdə saat 12:30 radəsində Qəbələ rayon Nic qəsəbəsində ərazinin sahə polisi, polis serjantı Rəvan Qaçayevlə birlikdə polis sahə məntəqəsində olan vaxt qəsəbə sakini Şəxs xidməti otağa daxil olub nalayiq ifadələr işlədərək barəsində tərtib olunmuş protokolu polis şöbəsinin ödəməli olduğunu bildirdi. Onu dəfələrlə nizam intizamlı olmağı nalayiq ifadələr işlətməməyi bildirsə də, Şəxs söyüşlər davam edərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs X3 zünvanınanalayiq ifadələr işlətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. AzərbaycanRespublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 26.10.2021-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində ərazinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Z.Nadirov və sahə polis nəfəri, polis serjantı R.Qaçayevin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 26 oktyabr 2021-ci il saat 17:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 oktyabr 2021-ci il saat 17:00-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-535/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-535/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver