Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-538/2024 08.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qəbələ rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən 18 sentyabr 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2024-cü il sentyabrın 18-də, saat 09:25 radələrində “VAZ 21074” minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 göstərdi ki,Şəxs 2024-cü il sentyabrın 18-də, saat 09:25 radələrində “VAZ 21074” minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir.Sürücüdəm spirtli içki qəbul etdiyini soruşanda əvvəlki gün 1 bakal pivə içdiyini qeyd etmişdir. Lakin alkotestrdən keçən zaman içkili olmuşdur. Ona xəstəxanaya getmək təklif edilən zaman ehtiyac olmadığını bildirmişdir. Lakin onlara demədən 3 saat sonra ayıq olması barədə akt gətirmişdir. Şəxs çıxan içkinin miqdarı az olduğundan onun 2-3 saat ərzində azalması mümkündür. Bu səbəbdən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 17 sentyabr 2024-cü il tarixdə günortadan sonra 1 bakal pivə içmişdir. Polis əməkdaşları onu Qəbələ rayon Polis şöbəsində videonu məcburi şəkildə çəkdirmişlər. O, xəstəxanaya təklif etsə də, polis əməkdaşları buna razı olmamışlar. Daha sonra isə özü təkcə xəstəxanaya getmiş, orada müayinədən keçmiş və müayinə zamanı ayıq olduğu müəyyən olunmuşdur. Məhkəmədən barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, xidməti ərazilərində Şəxs saxlamışlar. Vətəndaşın hərəkətlərindən şübhəli olduğu görünmüşdür. Belə olub alkotestr vasitəsi ilə özü yoxlamışdır. Vətəndaşa xəstəxanaya getmək təklif olunmuş, vətəndaş isə imtina etmişdir. Əksinə axsam spirtli içki qəbul etdiyini, məsələni həll etməyi xahiş etmişdir. Daha sonra Şəxs avtomobili polis şöbəsinə gətirilmişdir. Vətəndaş onlara demədən Qəbələ rayon Mərkəzi xəstəxanasında gedərək müayinə olunmasını tələb etmişdir. Xəstəxanadan onunla əlaqə saxlayan zaman heç bir problem olmadığını, vətəndaşın hüququ olduğunu bildirmişdir. Bir müddət sonra Şəxs içkili olmaması barədə aktı gətirmiş və avtomobilini təhvil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasında həkim-narkoloq vəzifəsində işləyir. Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon xəstəxanasına yaxınlaşaraq sərxoşluq vəziyyətinin tibbi müayinəsini tələb etmişdir. Şəxs nə məqsədlə müayinə olunduğunu soruşduqda hər şeyi olduğu kimi danışmışdır. Belə olub polis əməkdaşı Eltac Məmmədovla əlaqə saxlamış, Eltac Məmmədov isə vətəndaşının özünün imtina etdiyini, lakin müayinə aparmağa heç bir problem olmadığını qeyd etmişdir. Belə olub Şəxs içkiliyi müayinə olunmuş, nəticədə onun ayıq olması müəyyən olunmuşdur. Əvvəldən mübahisəni hiss etdiyindən müayinə zamanı görüntülər qeydə alınmışdır. 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən dərs vəsaiti kimi nəzərə alınmış həmin vəsaitdə də göstərilir ki, hər saata 01, 0,2 promil itə bilir. Bu səbəbdən uyğunsuzluq olması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olanXüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən sonuncunun qanında alkoqolun miqdarı 0,305 ‰ təşkil etmişdir. İşdə olan 18 sentyabr 2024-cü il tarixli, 164 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs ayıq olduğu müəyyən olunmuşdur. İşdə olan Şəxs Qəbələ rayon Polis şöbəsində verdiyi və “CD” diskə köçürülmüş videogörüntülü izahatından görünür ki, Şəxs özünə məxsus “VAZ 21074” minik markalı **-HE- *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyini etiraf etmiş, eyni zamanda alkotestr vasitəsi ilə yoxlanılmış müayinəyə etiraz etməmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşır. Belə ki, sonuncu Qəbələ rayon Polis şöbəsində verdiyi və “CD” diskə köçürülmüş videogörüntülü izahatında özünə məxsus “VAZ 21074” minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyini etiraf etmiş, eyni zamanda alkotestr vasitəsi ilə yoxlanılmış müayinəyə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasənxüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİnə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-538/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-538/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver