Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-539/2022 27.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənaye X2 və Dağ-mədən X4 böyük məsləhətçi, böyük müfəttişi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X10 iştirakları ilə, Şəxs direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənaye X2 və Dağ-mədən X3 daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənaye X2 və X11 Agentliyi tərəfindən Şəxs direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə MN seriyalı, ******* nömrəli, 01 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs direktoru X1 X2 və X11 Agentliyi tərəfindən yoxlama aparılması nəzərdə tutulan müssisənin ərazisinə daxil olmağa icazə verməmişdir. Nəticədə Şəxs direktoru X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə ******* nömrəli 01 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənaye X2 və Dağ-mədən X4 böyük məsləhətçi, böyük müfəttişi Nümayəndə izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və Dağ-Mədən X4 14 oktybar 2022-ci il tarixli 2802/18 nömrəli qərarı ilə 28 noyabr-02 dekabr 2022-ci il tarixlərində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış 17 oktyabr 2022-ci il tarilxi KY221796180 nömrəli çıxarışa əsasən Qəbələ rayonunda yerləşən Şəxsnda planlı yoxlama aparılması nəzərdə tutulmuşdur. Bu əməl, yəni sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaratdığı üçün, yoxlayıcı X13 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 74.1 -ci bəndinə əsasən müəssisənin direktoru Nəcəf Əliyev barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasından ötrü Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əlavə olaraq bildirmişdir ki, müəssisəni yoxlamaq istəyərkən Şəxsn direktoru Nəcəf Əliyev orada olmamış, eyni zamanda onunla əlaqə yarada bilməmişlər. Buna baömayaraq, həmin müəssisənin vəzifəli şəxsi (rəhbəri) Nəcəf Əliyev olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X15 törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixində agentliyin əməkdaşı X13 tərəfindən “Şəxsnda yoxlama aparılması nəzərdə tutulmuş əraziyə daxil olmasına icazə verilmədiyinə görə” inzibati xəta haqqında MN ******* №-li protokol tərtib olunmuşdur və poçt vasitəsi ilə Şəxsna göndərilmişdir. Yoxlamanın aparılması barədə əvvəlcədən məlumat verilməmiş, yoxlayıcılar tərəfindən müvafiq buraxılış vəsiqəsi alınmadan yoxlamanın aparılmasına cəhd göstərmişlər. Ümumiyyətlə həmin gün, o, özü Şəxsnda olmamış, yoxlayıcılarının yoxlama aparılması nəzərdə tutulmuş əraziyə daxil olmasına qadağa etməmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənaye X2 və Dağ-mədən X4 əməkdaşı tərəfindən onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda bildirmək istəyir ki, Hava Limanının məhdud girişli rejim ərazisinə kənar şəxslərin buraxılması Hava Limanının direktorunun səlahiyyətində deyildir və bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 2013-cü il tarixli, 337 nömrəli Qərarının “Buraxılış və obyektdaxili rejimlərin təşkili qaydası”nın 8.9 bəndi ilə tənzimlənir, yəni - “Mülki Aviasiya strukturuna daxil olmayan təşkilatların işçiləri üçün buraxılış vəsiqələri Sərhəd və Gömrük nəzarəti orqanları ilə razılıq rəsmiləşdirildikdən sonra Aviasiya Təhlükəsizliyi Baş İdarəsi tərəfindən verilir”. Sənaye X2 və X11 Agentliyi yoxlama keçirərkən Nazirlər Kabinentin 337 nömrəli Qərarının tələblərinə uyğun Hava Limanının ərazisində yoxlama aparılması ilə bağlı X8 Baş İdarəsinə müraciət etməmiş, buraxılış vəsiqəsini almamışlar. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs direktoru X10 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1 -ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir, inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənaye X2 və X11 Agentliyi tərəfindən Şəxs direktoru X15 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, inzibati xəta haqqında protokol N.A.Əliyevin iştirakı olmadan tərtib edilmiş, hüquq və vəzifələri izah olunmamış, protokolun surəti ona təqdim edilməmiş, buna baxmayaraq inzibati orqan tərəfindən protokolda N.A.Əliyevin protokolu imza etməkdən imtinası barədə qeyd aparılmışdır. Buda N.A.Əliyevin qeyd olunan hüquqlardan istifadə etməsinə maneəçilik törətmişdir. Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və Dağ-Mədən X4 14 oktyabr 2022-ci il tarixli 2802/18 nömrəli qərarı ilə 28 noyabr-02 dekabr 2022-ci il tarixlərində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış 17 oktyabr 2022-ci il tarilxi KY221796180 nömrəli çıxarışa əsasən Qəbələ rayonunda yerləşən Şəxsnda planlı yoxlama aparılması nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinentin 337 nömrəli Qərarının tələblərinə uyğun Hava Limanının ərazisində yoxlama aparılması ilə bağlı yoxlayıcılar tərəfindən X8 Baş İdarəsinə müraciət edilməmiş, buraxılış vəsiqəsi alınmamışdır. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın Şəxs direktoru X15 tərəfindən törədilib-törətməməsini və hər hansı bir əsasın olubolmamasını müəyyən etmədən, N.Ə.Əliyevin inzibati xəta haqqında qanunvericilikdə əks olunan hüquqlardan istifadə edə bilmədən, barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, sonda isə həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs direktoru X10 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədiyindən barəsində tərtib olunmuş 01 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-539/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-539/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver