Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-539/2024 01.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X4 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748942) tərtib olunmuşdur ki, o, tələbkar Zərərçəkmiş şəxs 14435,0 manat ( 2000 manat xx.xx.2024-cü il tarixdə, 2000 manat xx.xx.2024-cü il tarixdə, 2000 manat xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdən hər ay 1000 manat) məbləğində pul ödəməsi barədə Şəki Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-2(117)-86/2024 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 13170,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs cəmi 14435,0 manat (2000 manat xx.xx.2024-cü il tarixdə, 2000 manat xx.xx.2024-cü il tarixdə, 2000 manat xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdən hər ay 1000 manat) ödəməsi barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-86/2024 saylı icra sənədi üzrə tələbi indiyədək tam şəkildə ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, 45.000,0 manat məbləğində kredit borcuna görə “XalqBank”a ayda 1515,0 manat ödəniş etdiyinə görə həmin icra sənədi üzrə tələbi birdəfəlik ödəmək imkanı olmamış, təlabkarla əldə olunan razılığa əsasən borcunu hissə-hissə ödəyərək indiyədək cəmi 2265,0 manat ödəniş etmişdir. Tələbkara olan borcunu icra sənədində göstərilən qaydada ödəməkdən ötrü vaxt müəyyən edilərək dövr üzrə ödənilməsinə şərait yaradılmasını xahiş edir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-86/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ona verilmiş yem məhsullarına görə Zərərçəkmiş şəxs 14435 manat borcunu etiraf etmiş; 2000 manat xx.xx.2024-cü il tarixdə, 2000 manat xx.xx.2024-cü il tarixdə, 2000 manat xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdən hər ay 1000,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-86/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 210554/2024-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-86/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e210554/2024-11-6-004 nömrəli arayışa əsasən, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-86/2024 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixədək 1265,0 manat ödənş etmiş, ümumi olaraq icra sənədi üzrə hazırki tarixə 13170,0 manat borcu qalmışdır. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 1000,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 60,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 30,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 30,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 25,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 80,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə R*****E*****E oğlunun ********67519623 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 30,0 manat köçürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-86/2024 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulan 14435 manatdan xx.xx.2024-cü il tarixədək cəmi 4000,0 manat ödəməli olduğu hala cəmi 2265,0 (xx.xx.2024-cü il tarixdə 1000,0 manat nağd ödənilmişdir) manat ödəniş etmişdir. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-86/2024 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-539/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-539/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver