Məhkəmə qərarları › İş №3(025)-54/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-54/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-54/2023 20.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1972-ci il yanvarın 01-də Qəbələ rayon Mıxlıqovaq kəndində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus xüsusi icazə olmadan saxladığı İJ markalı, 16 kalibirli, tək lülə, BT 56591 nömrəli yivsiz lüləli ov silahı ilə Mıxlıqovaq kəndi yaxınlığında “Qaraçay” adlı çayın ətrafında kolluq ərazidə 1 baş çöl donuzunu ovlayaraq qanunsuz ov etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 03 fevral 2023-cü il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTBnin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus xüsusi icazə olmadan saxladığı İJ markalı, 16 kalibirli, tək lülə, BT 56591 nömrəli yivsiz lüləli ov silahı ilə Mıxlıqovaq kəndi yaxınlığında “Qaraçay” adlı çayın ətrafında kolluq ərazidə 1 baş çöl donuzunu ovlayaraq qanunsuz ov etmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokoll tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, qonşusu Ələsgər Mikayılov ona zəng edərək çöl dozunu əti lazım odluğunu bildirmiş, o isə ət olan zaman ona xəbər verəcəyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə evinin yaxınlığında olan “Qaraçay” deyilən ərazidə babasından ona yadigar qalmış ov silahı ilə bir ədəd çöl dovşanını vurmuş, orada heyvanın başını kəsərək dərisini soymuş və ətini evə aparmışdır. Daha sonra bu barədə Ələsgər Mikayılova məlumat vermiş, sonuncunun avtomobilinin baqaj hissəsinə əti qoyaraq yola çıxmışlar. Qəbələ rayonu Zarağan kəndində Ayaz Həşimov adlı şəxsi, daha sonra isə Tarzan İsmayılov adlı şəxsi avtomobilə mindirmişlər. Tarzan adlı şəxs onları ət istəyən şəxslərin ünvanına aparası imiş. Bu zaman yol polisi əməkdaşları qonşusu Ələsgər Mikayılovun avtomobilini saxlayaraq sənədlərini istəmişlər. Daha sonra isə avtomobildən əti aşkar etmişlər. Onun ov hüququ yoxdur. Silah isə atasından ona yadigar qalmış, həmin silahı adına keçirmək üçün əvvələr polis şöbəsinə müraciət etsə də, sonradan ailəsində olan problemlər üzündən silahı adına rəsmiləşdirə bilməmişdir. Məhkəmədən silahı müsadirə etməməklə, barəsində ən aşağı həddə cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli “qanunsuz ov zamanı ovlanmış çöl donuzuna məxsus ətin götürülməsi barədə” aktdan görünür ki, Şəxs məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı, Vaz 21053 minik avtomobilinin yük yerindən Şəxs tərəfindən Qəbələ rayon Mıxlıqovaq kəndi Qaraçay adlanan çayın ətrafında kolluq ərazidən qanunsuz olaraq ovladığı bir baş çöl donuzuna məxsus 54,5 kq ət götürülmüşdür. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli “qanunsuz ovlanmış 1 baş çöl donuzunun qidaya yararsız olub-olmamasının müəyyən olunması və məhv olunması barədə” aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə qanunsuz ovlanmış 1 baş “çöl donuzu” heyvanına orqonoptik baxış keçirilmiş, baxış zamanı donuz əti iylənmiş vəziyyətdə olduğundan insan qidası üçün yararsız olduğu müəyyən olunmuş və tərəflərindən məhv olunaraq basdırılmışdır. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli “qanunsuz mülki ov silahının götürülməsi və növbətçi hissəyə təhvil verilməsi barədə” aktlardan görünür ki, Şəxs məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 01 (bir) ədəd, İJ markalı, 16 kalibirli, tək lülə, istehsal ili üzərində qeyd olunmayan, BT 56591 nömrəli qundaq və bala qundaq eyni olan mülki ov silahi götürülərək Növbətçi Hissənin məsul növbətçisi polis kapitan Faiq Seyidov təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 27 yanvar 2023-cü il tarixli, 3-44-11/1-075 nömrəli məktubundan görünür ki, orqanoleptik müayinənin nəticəsi olaraq, həmin 1 (bir) ədəd ov heyvanı cəmdəyinin vəhşi qaban əti olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 02 fevral 2023-cü il tarixli, 3-14-45/2- 062/2023 nömrəli məktubunun surətindən görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1972-ci il təvəllüdlü Şəxs tərəfindən qaban ovuna lisenziya alınması məqsədilə idarəyə hər hansı müraciət daxil olmamış, bu səbəbdən də adı şəkilən vətəndaşa ov lisenziyası verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 176 saylı qərarına uyğun olaraq 1 (bir) baş çöl donuzunun ovlanması zamanı təbiətə dəymiş ziyanın məbləği 220 (iki yüz iyirmi) manatdır. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis kapitanı Muraxdan Zülfüqarov tərəfindən Qəbələ rayon Polis şöbəsinə yazılmış raportda göstərilmişdir ki, bir ədəd, tək lülə, İJ markalı, istehsal ili üzərində yazılmayan, BT 56591 nömrəli yivsiz lüləli mülki ol silahını Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını və yaşını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd, tək lülə, İJ markalı, istehsal ili üzərində yazılmayan, BT 56591 nömrəli yivsiz lüləli mülki ol silahı müsadirə edilməklə, 1000 (bir min) manat məbləğdə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd, tək lülə, İJ markalı, istehsal ili üzərində yazılmayan, BT 56591 nömrəli yivsiz lüləli mülki ol silahı müsadirə edilməklə, 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar