Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-54/2025 17.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən 14 fevral 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2025-ci il fevralın 14-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda “VAZ 21070” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsində yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra H” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törtəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X2 göstərdi ki, Şəxs 2025-ci il fevralın 14-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda “VAZ 21070” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsində yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra H” minik markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törtəmişdir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tərəfindən protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə özünü təqsirli bilib göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 16:00 radələrində özünə məxsus olan “VAZ 21070” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 bakal pivə içib sərxoş halda idarə edərkən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 53-cü kilometrliyində idarəetməni itirmiş, nəticədə Zərərçəkmiş şəxs məxsus “Opel Astra H” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bu halların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə yazdığı ərizədə, barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, Şəxs heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşdə olan BDYPİ YPX Alayının İV tağım komandiri, polis kapitanı Orxan Cəfərov tərəfindən verimiş xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, Şəxs adına Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin Mərkəzi Məlumat Bazasında sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. İşdə olan 14 fevral 2025-ci il tarixli 16 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs sərxoşluğunun dərəcəsi 0,6 % olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli ziyan aktına əsasən “Opel Astra H” minik markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində dəymiş ziyanının 3000 manat təşkil etdiyi müəyyən olunmuşdur. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Qəbələ Rayon Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs ilə barışmışdır. Belə ki, Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanı tamamilə ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən işə iştirakı olmadan baxılmasını və Şəxs barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə faktiki olaraq sahibliyində olan “VAZ 21070” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra H” minik markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə 3000 manat maddi ziyan dəymişdir. Beliliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinməli, İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-54/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-54/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver