Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-540/2021 28.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinin İV Tağım YPX-nin inspektoru polis baş serjantı X2 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 may 2021-ci il tarixdə saat 16:00 radələrində sərxoş vəziyyətdə, X4 məxsus “Vaz 21213” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən 62-ci kilometrliyində öz hərəkət zolağının sağına çıxaraq ağaca, sonra da setkalı hasarla toqquşmuş, nəticədə, “Vaz 21213” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 maddi zərər vurulmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin İV Tağım YPX-nin inspektoru polis baş serjantı X6 Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin İV Tağım YPX-nin inspektoru polis baş serjantı X6 izahatında bildirmişdir ki, Şəxs 26 may 2021-ci il tarixdə saat 16:00 radələrində sərxoş vəziyyətdə, X4 məxsus “Vaz 21213” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaraməryəm- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən 62-ci kilometrliyində öz hərəkət zolağının sağına çıxaraq ağaca, sonra da setkalı hasarla toqquşmuş, nəticədə, “Vaz 21213” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 maddi zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 26 may 2021-ci il tarixdə saat 12 radələrində Vəndam qəsəbəsindən Qəbələ şəhərinin mərkəzində yerləşən “Heydər Əliyev” parkına gəldi və iş yoldaşı Rəşadla parkdakı çayxanada çay içdilər. Bundan sonra nahar etmək üçün həmin parkdan çıxıb piyada “Zərifə Əliyeva” parkının yuxarısında yerləşən yeməkxanaya gəldilər. Yemək zamanı ikisinə yarım litr araq içdilər. Yemək yedikdən sonra taksi ilə yenidən mərkəzdəki parkın qarşısına gəldilər. Rəşad özünə məxsus olan və parkın qarşısında saxladığı VAZ 21213 markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açarlarını ona verdi və xahiş etdi ki, açarları Xəyal adlı digər iş yoldaşına versin və Xəyal da avtomobili Rəşadın həyətinə aparsın. Açarları götürüb o, taksidən düşdü və Rəşad çıxıb getdi. O, həmin vaxt sərxoş olduğundan özünə nəzarəti itirdiyi üçün Rəşada bildirmədən onun avtomobilini işə saldı və Vəndam qəsəbəsi istiqamətinə yola düşdü. Avtomobili Qəbələ-Vəndam yolunun Nohurqışlaq kəndi ərazisindəki “Shenot Palace” otelinin yaxınlığından keçən hissəsində Vəndam istiqamətində təxminən 80 km/saat sürətlə idarə etdiyi zaman ondan qarşıda gedən, markasını və nömrəsini bilmədiyi minik avtomobili sürətini azaltdıqda ara məsafəsi az olduğundan onu arxadan vurmamaq üçün idarə etdiyi avtomobili sağa istiqamətləndirdi. Bu zaman avtomobil yoldan sağ tərəfə çıxdı və qarşı hissəsi yoldan kənarda yerləşən qovaq ağacına çırpıldı. Avtomobil dayandıqdan sonra o, yerə düşdü. Hadisə yerinə camaat yığışdı. Sonra yol polisi əməkdaşı gəlib araşdırmaya başladı. O, ciddi bir xəsarəti olmadığı üçün əvvəlcə həkimə müraciət etmədi. Avtomobili sərxoş idarə etdiyi üçün yol polisin əməkdaşı onun barəsində protokol tərtib etdi. Həmin gün axşam isə sinəsində ağrılar olduğundan müayinə olunmaq üçün Qəbələ müalicə diaqnostika mərkəzinə müraciət etdi. Ciddi bir xəsarəti olmadığından müayinədən sonra evə buraxıldı. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, onun Şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur, bundan sonra da olmayacaq. Ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilib. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-540/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-540/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver