Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-540/2024 14.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati protokol tərtib edən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X6 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə MN ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixində SZAB-YP-252 nömrəli xx.xx.2024 nömrəli qərar, KY ********* nömrəli xx.xx.2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış əsasında Qəbələ rayonu Mamaylı kəndində aparılan yoxlamaya sahibkar tərəfindən şərait yaradılmamışdır. Məhkəmə iclasında inzibati protokol tərtib edən şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 nümayəndəsi Nümayəndə1 protokolda göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"dən xx.xx.2024-ci il tarixli KY242139761 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının Qida X5 regional bölməsinin xx.xx.2024-cü il tarixli ŞZRB-YP-252 nömrəli "Yoxlamanın aparılması haqqında" Qərarına əasasən Qəbələ rayonu, Mamaylı kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus ilkin istehsal müəssisəsində xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvanda yerləşən ilkin istehsal müəssisəsinə AQTA-nın X4 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində gedilmiş, nümayəndə Şəxs ilə əlaqə saxlanılmış, telefonla yaradılan əlaqə zamanı hal-hazırda uzaqda olduğunu, həmin gün yoxlamada iştirak edə bilməyəcəyini, xx.xx.2024-cü il tarixində mütləq yoxlamada iştirak edəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024- cü il tarixində ilkin istehsal müəssisəsinə əməkdaşlar tərəfindən yenidən gedilmiş və hümayəndəni tapmaq mümkün olmamışdır. Şəxs Quba şəhərində olduğunu, yoxlamada iştirak edə bilməyəcəyini şifahi bildirmiş, həmçinin yoxlamada digər səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Beləliklə, vətəndaş Şəxs yoxlamanın keçirilməsi üçün şərait yaratmamışdır. Vəzifəli şəxs Şəxs yoxlamanın aparılmaına şərait yaratmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1ci maddəsinə uyğun olaraq MN № ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Onlarda Şəxs "xxxx" MMC-də hər hansı bir vəzifədə işləməsi, eləcə də həmin şəxsin "xxxx" MMC-yə aidiyyəti ilə bağlı heç bir məlumat yoxdur. Məhkəmə iclasında inzibati protokol tərtib edən şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 nümayəndəsi Yusifov X11 Ülvi Əli oğlu ilə eyni məzmunda izahat verərək, onun göstərdiklərini təsdiq etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmçinin 50 3396085 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"dən xx.xx.2024-ci il tarixli KY242139761 nömrəli çıxarışına əsaəsn Qəbələ rayonu, Mamaylı kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus ilkin istehsal müəssisəsində xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 29 avqust 2024cü il tarixli, SZRB-YP-252 nömrəli “Yoxlamanın aparılması haqqında” qərarına əsasən "xxxx" MMC-də 17 sentyabr 2024-cü il tarixdən 23 sentyabr 2024-cü il tarixədək yoxlama aparılması qərara alınmışdır. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın ərizələrini nəzərə alıb, onların məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığındaniş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, Şəxs ********** nömrəli VÖEN ilə taksi fəaliyyəti ilə məşğul olmaqdadır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, "xxxx" MMC ********** nömrəli VÖEN ilə fəaliyyət göstərməklə rəhbəri X10r. Bundan əlavə məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC-də əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 544.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmə, səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması və ya həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsi kimi hallar mövcud olmalıdır. İnzibati xəta haqqında protokoldan və eyni zamanda məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 nümayəndələrinin izahatlarından müəyyən olunur ki, Şəxs barəsində İXM-nin 544.1-ci maddəsi ilə protokol tərtib edilməsinə səbəb sonuncunun yoxlamanın keçirilməsi üçün şərait yaratmaması olmuşdur. Yəni, İXM-nin 544.1-ci maddəsi ilə protokol tərtib edilməsinə əsas olan hal kimi yoxlama aparılan şəxsin qanuni tələblərinin yerinə yetirilməməsi (yoxlamanın aparılması üçün şərait yaratmama) halı olmuşdur. Məlum olduğu kimi Şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin ərazisində olmamışdır. Bu səbəbdən onun əməlində “maneçilik törədilmə, səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması” kimi halların olması məntiqli deyildir. İXM-nin 544.1-ci maddəsi ilə yoxlama aparılan şəxsin qanuni tələblərinin yerinə yetirilməməsi (yoxlamanın aparılması üçün şərait yaratmama) əsası ilə Şəxs barəsində protokol tərtib edilməsi üçün ilk növbədə onun "xxxx" MMC-nin işçisi olması əsas şərtdir. Lakin məhkəmə araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilən məlumatlar əsasında Şəxs "xxxx" MMC ilə hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X6 tərəfindən inzibati xəta törədilməsinə aidiyyəti olmayan şəxs, yəni Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da öz növbəsində Şəxshərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığndan, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X6 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığndan, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 tərtib olunmuş MN ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-540/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-540/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver