Məhkəmə qərarları › İş №3(025)-542/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-542/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-542/2024 07.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2, zərərçəkmiş şəxslər, X1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, AR vətəndaşı, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2052577) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, Qəbələ rayonu, Mıxlıqovaq kəndində arvadı Zərərçəkmiş şəxs1 və qaynatası Zərərçəkmiş şəxs2 döyərək hər birinə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşadıqları ünvanda arvadı Zərərçəkmiş şəxs1 və qaynatası Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəmində mübahisə yaranmışdır. Həmin vaxt aralarında münaqişə başlamış, lakin o, arvadı Zərərçəkmiş şəxs1 və qaynatası Zərərçəkmiş şəxs2 döyməmiş və onlara xəsarətlər yetirməmişdir. Hadisədən bir qədər sonra onlarla yenidən barışmışdır. Zərərçəkmiş şəxs X1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşadıqları ünvanda əri Şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə baş vermişdir. Həmin vaxt atası Zərərçəkmiş şəxs2 da onların yanında olmuş və münaqişənin qarşısını almağa çalışmışdır. Həmin vaxt Taleh onu və atası Vaqifi döyərək hər birinə xəsarətlər yetirmişdir. Lakin hadisədən az sonra Taleh əməlindən peşman olmuş və onlarla barışmışdır. Ona görə də, Şəxsnın inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşadıqları ünvanda qızı X1 ilə kürəkəni Şəxs arasında şəxsi münasibətlər zəmində yaranmış mübahisə baş vermişdir. Həmin vaxt o, da qeyd olunan ünvanda olmuş və və münaqişənin qarşısını almağa çalışmışdır. Həmin vaxt Taleh onu və qızı Salatını döyərək hər birinə xəsarətlər yetirmişdir. Lakin hadisədən az sonra Taleh əməlindən peşman olmuş və onlarla barışmışdır. Ona görə də, Şəxsnın inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 466 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 467 saylı ekspert rəyinə əsasən Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. AR İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərərk hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 və qaynatası Zərərçəkmiş şəxs2 ilə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar