Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-543/2025 02.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 və AR DMX-nin nümayəndəsi X1 iştirakı ilə , ŞəxsMMC barəsində AR İXM-nin 578.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokola və əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində AR İXM-nin 578.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025; MN№ 2133916) tərtib edilmişdir ki, iş icazəsi alınması tələb olunan Rusiya Federasiyası vətəndaşı Namik Azizov iş icazəsi alınmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əssən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu madəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs MMC barəsində AR İXM-nin 578.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola (xx.xx.2025; MN№ 2133916) və ona əlavə edilmiş sənədlərə əsasən barəsində AR İXMnin 578.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxsin (Şəxs MMC) vəzifəli şəxsinin həmin hüquqi şəxsin İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına səbəb olan hərəkətlərinin konkret olaraq nədə ifadə olunduğu müəyyən edilməmiş və onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Rusiya Federasiyası vətəndaşı Namik Azizovun iş icazəsi alınmadan Şəxs MMC-də haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsində həmin hüquqi şəxsin vəzifəli şəxsinin təqsiri müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilmədən işin baxılması mümkün olmadığından Şəxs MMC barəsində AR İXM-nin 578.1-ci maddəsi ilə olan “inzibati xəta haqqında” protokol (xx.xx.2025; MN№ 2133916) ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində AR İXM-nin 578.1-ci maddəsi ilə olan “inzibati xəta haqqında” protokol (xx.xx.2025; MN№ 2133916) AR DMX X2 İdarəsinə qaytarılsın. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-543/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-543/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver