Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-544/2023 03.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Zalam kəndində anadan olmuş, Qəbələ rayonu, Zalam kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 oktyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində ictimai yerdə xırda xuliqanlıq törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Zalam kəndində ictimai yerdə xırda xuliqanlıq törətmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı həmkəndlisi Xəyyam adlı şəxs onların evinə gələrək onu çağırmışdır. Bu zaman arvadı Pərvanə ona cavab vermiş və nə olduğunu soruşmuşdur. Xəyyam onun harda olduğunu soruşmuşdur. Bu zaman yatdığı yerdən duraraq ona bildirmişdir ki, o, burdadır. Xəyyam arvadına demişdir ki, Tural indicə onun həyətində idi. Ayağa qalxdıqdan sonra, oğlu “102” xidmətinə bu barədə məlumat vermişdir. X11 zəng vurmuş və ona demişdir ki, “sən niyə mənə böhtan atıb gizlənirsən?”. Xəyyam isə ona “yoldayam bura gəl” demişdir. Yanına getmiş və ona bildirmişdir ki, evindədir, niyə böhtan atırsan?. Bu zaman Xəyyam Hacıyev və qardaşı Əliyar ona hücüm etmiş və yerə yıxmışdırlar. Yerə yıxıldığından qolu sınmışdır. xx.xx.2023-cü il tarixdə qolunu yoxlatmaqan ötrü Qəbələ rayon Mərkəzi xəstəxanasına müraciət etmiş, müayinə olunduqdan sonra saat 15:00 radələrində evə gəlmişdir. Bundan sonra kənd mərkəzinə çıxmamış, bütün günü evdə olmuşdur. Xəyyam Hacıyevə qarşı heç bir nalayiq ifadələr işlətməmiş, inzibati xəta törətməmişdir. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs gecə vaxtı ondan icazəsiz həyətinə girmişdir. Bu barədə Qəbələ Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı Zalam kənd mərkəzinə öz tanışları ilə çay içməyə çıxmışdır. X6, Hacıyev Alov, Hacıyev Kamil, Mustafayev Müşviq adlı şəxslərdə var idi. Onlar kənd mərkəzində kafenin qarşısında oturub söhbət etmişdilər. Bu zaman Şəxs ora yaxınlaşmış və onun ondan şikayət etməyi ilə bağlı ona irad tutmuşdur. Bundan sonra ona qarşı uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onun yanında olan tanışları onu sakitləşdirməyə çalışmış, lakin Tura Rəşidov yenidən uca səslə həmin şəxsləridə nalayiq ifadələrlə təhqir etmişdir. Həmin şəxsin hərəkətlərindən içkili olduğu məlum olurdu. Onlara və digər kənd sakinlərinə “bu kənddə kişi yoxdur” demişdir. Onlar ona qulaq asmayaraq onunla mübahisə olmasın deyə oradan uzaqlaşmışdılar. Tural isə oradan çıxıb getmişdir. Məhkəmə iclasında şahid X9 izahatında göstərmişdir ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Zalam kəndində öz tanışları ilə çay içmək üçün kənd mərkəzinə getmişdir. Orada Xəyyam, Müşviq, Pərviz, Kamil, Fərid adlı şəxslərlə söhbət edirdilər. Bundan əlavə orada tanımadığı digər 5-10 nəfər adamda var idi. Bu zaman Şəxs onlara yaxınlaşaraq Xəyyam Hacıyevlə mübahisə etməyə başladı. Tural mübahisə zamanı Xəyyamı uca səslə nalayiq ifadələrlə təhqir etmişdir. Həmin şəxsin hərəkətlərindən içkili olduğu məlum olurdu. Onlar digər şəxslərlə onu sakitləşdirməyə çalışsalarda, o, yenidən uca səslə onları digər şəxsləridə nalayiq ifadələrlə təhqir etmiş və onlara “bu kəntdə kişi yoxdur, Siz kişi deyilsiz” demişdir. Onlar onunla mübahisə etməmək deyə oradan uzaqlaşmışdılar. Tural onlara uca səslə nalayiq ifadələr işlədə işlədə onların olduğu kafenin qarşısından getmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Zalam kəndində öz tanışları ilə çay içmək üçün kənd mərkəzinə getmişdir. Orada Xəyyam, Alov, Pərviz, Kamil, Fərid adlı şəxslər söhbət edirdilər. Bundan əlavə orada tanımadığı digər 5-10 nəfər adamda var idi. Həmin şəxslərlə yaxınlaşıb söhbət etməyə başlamış və oradan çay içmək üçün kafeyə girəcəkdilər. Bu zaman Şəxs onlara yaxınlaşaraq Xəyyam Hacıyevlə mübahisə etməyə başlamışdılar. Mübahisə zamanı Xəyyam Hacıyevi uca səslə nalayiq ifadələrlə təhqir edirdi. Həmin şəxsin hərəkətlərindən içkili olduğu məlum olurdu. Onlar digər şəxslərlə onu sakitləşdirməyə çalışsalarda o yenidən uca səslə onları, digər şəxsləridə nalayiq ifadələrlə təhqir etmişdir. Onlara “bu kənddə kişi yoxdur, Siz kişi deyilsiz” demişdir. Onlar onunla mübahisə etməsinlər deyə oradan uzaqlaşmışdılar. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, Şəxs onun oğludur. Onun oğlu həmin gün evdə olmuşdur. Oğlu səhər tezdən günortaya gədər xəstəxanada olmuş, daha sonra polis şöbəsinə getmiş və saat 15:00 radələrindən evində olmuşdur. Oğlu kəndin mərkəzinə getməmiş, heç kimi söyməmiş və mübahisə etməmişdir. Onun oğluna qarşı olan şikayətin şər-böhtan olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə iclasında şahidlərin (şahid X3 istisna olmaqla) izahatları ilə müəyyən edilmişdir ki, Şəxs Qəbələ rayonu, Zalam kəndində “mərkəz” deyilən yerdə çayxananın qarşısında X5 ilə rastlaşan zaman sonuncuya və yanında olan digər həmkəndlilələrə qarşı “bu kəntdə kişi yoxdur, Siz kişi deyilsiz” kimi ifadələr işlətmiş, bundan sonra həmin şəxslər Şəxs baş qoşmamaq üçün oradan uzaqlaşmış, Şəxs isə mübahisə yaratmadan həmin yerdən çıxıb getmişdir. Lakin, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə şahidlərin izahatları ilə Şəxs ictimai qaydanı pozan hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X3 izahatlarında onun həmin gün, həmin vaxt və həmin yerdə olmadığını, onun səhər saatlarından günorta vaxta gədər xəstəxanada, daha sonra polis şöbəsində və saat 15:00 radələrindən evdə olduğunu göstərmişlər. Bu hal isə araşdırma aparılarkən inzibati orqan tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmamış, heç bir mötəbər sübutla və ya sübutlarla təkzib edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən xırda xuliqanlıq inzibati xətanın dispozisiyasının əlamətlərini tam müəyyən edilməmiş, bu hərəkətlərinin nədən ibarət olmasını hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, xırda xuliqanlıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilir. Qeyd edilən maddənin məzmununda göstərilmişdir ki, xırda xuliqanlıq - ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Başqa sözlə, əməlin xırda xuliqanlıq kimi tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən tələblərdən hər hansı birinin olmaması və ya onun mövcudluğunun şübhə altında olması hərəkətin bu maddə ilə tövsif edilməsinə yol vermir. İnzibati orqan isə həmin maddənin dispozisiyasında göstərilən halların həcminə qiymət verməli olmasına baxmayaraq, bunları müəyyən etmədən baş vermiş hərəkətlərin onun təqsirli bilindiyi xətanın əlamətlərinə uyğun olub-olmamasını araşdırmadan, onları nəzərdən keçirmədən, nəticədə isə onlara hüquqi qiymət vermədən, sadəcə inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törətməsi faktı öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-544/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-544/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver