Məhkəmə qərarları › İş №3(025)-545/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-545/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-545/2022 15.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X8 Müdafiəçi –Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1996-cı il iyulun 28-də Qəbələ şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15dekabr 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində aptekin qarşısında saat 23:57 radəsində və həmin gün saat 00:12 radələrində Qəbələ RMX İTY şöbəsinin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X10 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində aptekin qarşısında saat 23:57 radəsində və həmin gün saat 00:12 radələrində Qəbələ RMX İTY şöbəsinin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır.Həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostları Varis və Ceyhunla birlikdə Qəbələ şəhəri Bum dayanacağı adlanan yerin yaxınlığındakı kafelərin birində axsam saatlarında yeyib içib spirtli içki qəbul etmişlər. Sonra isə sərxoş olduğuna görə nələrin baş verməsindən xəbərsiz olmuşdur. Həmin vaxt polis əməkdaşlarının qanuni tələbinin pozulması barədə heç nə xatırlamır. Gecə özünə gələn zaman isə o, polis əməkdaşlar, dostları Ceyhun və Varislə birlikdə Qəbələ rayon Mərkəzi xəstəxanasında olmuşdur. Orada etdiyi hərəkətlərdən xəbərsizdir. Etdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X5 Elman Telman oğlunun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ PPXB-nin polis nəfəri X16 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:47 radələrində Qəbələ şəhər sakini X13 AR DİN-in 102 xidmətinə zəng edərək Qəbələ şəhərində yerləşən özünə məxsus kafenin aynalarının adlarını bilmədiyi şəxslər tərəfindən sındırılmasını bildirmişdir. Daxil olmuş məlumat əsasında istintaq-əməliyyat qrupunun üzvləri, TB-nin təhqiqatçısı polis kapitanı Cavidan Əhmədli, CAB-ın əməliyyat müvəkkili polis leytenantı Babək Mustafazadə, sürücü polis nəfəri, polis serjantı Rəşad Qədirov ilə birlikdə saat təxminən şübhəli şəxslərin Qəbələ şəhərinin mərkəzi istiqamətində hərəkətdə olmaları barədə daxil olan məlumat əsasında dislokasiya üzrə Qəbələ şəhərində xidmətdə olan PPXB-in polis nəfərləri, polis serjantı Hünər Şeydayev və polis kiçik serhantı Cavanşir Quliyev onların yerini müəyyən edərək əməliyyatistintaq qrupunun üzvlərinə məlumat vermis və həmin şəxsləri Qəbələ şəhərinin mərkəzində saxladıqlarını bildirmişlər. Əməliyyat-istintaq qrupunun üzvləri ilə saat təxminən 23:58 radələrində həmin yerə yaxınlaşmışlar, adları sonradan onlara məlum olan Qəbələ şəhər sakinləri X4, Şəxs və X1 olmaları ehtimal edildiyi üçün onları sərxoşluq müayinəsindən keçitrmək məqsədilə dəvət etmişlər, lakin sonuncular ucadan ünvansız nalayiq ifadə işlədərək qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmaq istəmişlər. Daha sonra həmin şəxsləri sərxoşluq müayinəsindən keçirmək üçün saat təxminən 00:10 radələrindən sonra Qəbələ RMX şöbəsinə aparmışlar. X15 Yardım şöbəsinin otağında nalayiq ifadələr işlətmişlər, dəfələrlə onları intizama dəvət etsələr də, tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin polis sahə nəfəri X2 Azad Valeh oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 15 dekabr 2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinədən imtina etmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli “X17 Haqqında” protokoldan görünür ki, X14 15 dekabr 2022-ci il tarixdə, saat 03:15-də tutulmuşdur. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ RMX İTY şöbəsinin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində aptekin qarşısında saat 23:57 radəsində və həmin gün saat 00:12 radələrində Qəbələ RMX İTY şöbəsinin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 15 dekabr 2022-ci il tarixdən saat 03:15-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 dekabr 2022-ci il saat 03:15-dən hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar