Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-547/2022 15.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1957-ci il iyulun 28-də Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Loğman Abdulxalıqovun 12 dekabr 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X12 tərəfindən 15 dekabr 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 15 noyabr 2022-ci il tarixdə saat təxminən 08:15 radələrində Şəxs idarə etdiyi özünə məxsus Vaz 21074 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, 28 may küçəsi ilə Bum qəsəbəsi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olarkən hərəkət istiqamətinin solunda yerləşən ara küçəyə daxil olmaq üçün qəflətən avtomobilini əks istiqamətli yola çıxararaq manevr etmək istəmiş, bu zaman həmin küçədə öz hərəkət yolu ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında təxminən 50 km/saat sürətlə idarə etdiyi Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobillərdə olan sərnişinlər X13 və X7 dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, həmçinin, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi və faktiki olaraq sahibliyində olan Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1413,00 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X12 göstərdi ki, 15 noyabr 2022-ci il tarixdə saat təxminən 08:15 radələrində Şəxs idarə etdiyi özünə məxsus Vaz 21074 minik markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, 28 may küçəsi ilə Bum qəsəbəsi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olarkən hərəkət istiqamətinin solunda yerləşən ara küçəyə daxil olmaq üçün qəflətən avtomobilini əks istiqamətli yola çıxararaq manevr etmək istəmiş, bu zaman həmin küçədə öz hərəkət yolu ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında təxminən 50 km/saat sürətlə idarə etdiyi Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobillərdə olan sərnişinlər X13 və X7 dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, həmçinin, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi və faktiki olaraq sahibliyində olan Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1413,00 manat maddi ziyan dəymişdir. Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Loğman Abdulxalıqovun 12 dekabr 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilib göstərdi ki, özünə məxsus Vaz 21074 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə zaman 15 noyabr 2022-ci il tarixdə səhər saat 08:20 radələri olarmış. Qəbələ şəhəri, 28 may küçəsi ilə üzü Qəbələ şəhərinin mərkəzinə doğru həmin avtomobili idarə edərək hərəkət edirmiş. Avtomobilin surəti təxminən 50 km/saat olarmış. Qəbələ şəhəri 28 may küçəsində hərəkət yolunun əks istiqamətli yoluna çıxaraq “Elvet” adlı restoranın yaxınlığında ara küçəyə girməli imiş. Həmin yerə çatanda avtomobilin surətini təxminən 10 km/saata kimi salmış, son dönmə xəbərdarlıq işığını yandırmış, əks istiqamətli yoldan avtomobillər gəldiyindən həmin yola çıxa bilməmiş, həmin avtomobilləri buraxdıqdan sonra təxminən 60 metr məsafədə başqa bir Vaz 2106 markalı avtomobil gəldiyini görmüşdür. Ancaq uzaq olduğuna görə əks istiqamətli yola daxil olmuş ki, ara küçəyə daxil olsun. Əks istiqamətli yola daxil olan kimi Vaz 2106 markalı avtomobil elə gəldiyi kimi onun avtomobilinin sağ yan tərəfindən vurmuş, hər iki avtomobil dayanmışdır. Avtomobilindən yerə düşmüş, həmin vaxt avtomobildə ön oturacaqda oturmuş gəlini X3 xəsarət aldığı üçün oradan ötən başqa bir avtomobillə xəstəxanaya aparılmışdır. Özü isə heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxslə barışmış və həmin şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, etibarnamə əsasında Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 15 noyabr 2022-ci il tarixdə səhər saat 08:15 radələri olarmış. Qəbələ şəhəri, 28 may küçəsi ilə üzü Bum qəsəbəsi istiqamətdə “Peşə” məktəbinə gedirmiş. Avtomobildə ön oturacaqda 2006-cı il təvəllüdlü qızı X13 əyləşmişdir. 28 may küçəsində yolun qoşa xəttə yaxın hissəsi ilə təxminən 50 km/saat sürətlə hərəkətdə imiş. Hava yağışlı və qismən dumanlı olduğundan işıqlarını yandırmışdır. Qəbələ şəhəri, 28 may küçəsində yerləşən “Elvet” adlı restorana çatmamış əks yoldan ağ rəngli Vaz 2107 markalı avtomobil təxminın 6-7 metr məsafədən, bəlkə də daha qısa məsafədən qəflətən onun yoluna dönmüşdür. Belə ki, hərəkət yolunun sağında ara yol varmış, Vaz 2107 markalı avtomobil həmin yola girmək istəyirmiş. Dərhal əyləc pedalını basaraq avtomobilini bir qədər sağa meyilləndirmiş ki, toqquşmadan yayınsın. Ancaq məsafə qısa olduğundan toqquşmadan yayına bilməmiş və avtomobilinin ön hissəsi həmin avtmobilin qabaq sağ tərəfindən toqquşmuşdur. Avtomobilləri bir qədər də Bum qəsəbəsi istiqamətdə sürüşərək dayanmışdır. Avtomobilindən yerə düşmüş, digər sürücü də yerə düşmüşdür. Heç bir xəsarət almamışdır. Qızında da zahirən xəsarət görünməsə də, qorxmuşdur. Digər avtomobildə olan bir qadın isə xəsarət aldığını bildirərək oradan keçən başqa bir avtomobillə xəstəxanaya getmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 12 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/1730 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - HK-1/1730 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 332.4-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. - 28 noyabr 2022-ci il tarixli, 658 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədəni üzərində üzün sağ gözaltı hissəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 06 noyabr 2022-ciildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - 28 noyabr 2022-ci il tarixli, 664 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X6 bədəni üzərində alt çənənin və sol qaşaltı hissəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 06 noyabr 2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. - AD 554695 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. - ƏN-İV 989094 nömrəli etibarnamənin surətindən görünür ki, X14 tərəfindən Zərərçəkmiş şəxs verilmiş etibarnamənin müddəti xx.xx.2028-ci il tarixdə bitmşdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X20 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİ-nin X11 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, 15 noyabr 2022-ci il tarixdə saat təxminən 08:15 radələrində Şəxs idarə etdiyi özünə məxsus Vaz 21074 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, 28 may küçəsi ilə Bum qəsəbəsi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olarkən hərəkət istiqamətinin solunda yerləşən ara küçəyə daxil olmaq üçün qəflətən avtomobilini əks istiqamətli yola çıxararaq manevr etmək istəmiş, bu zaman həmin küçədə öz hərəkət yolu ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında təxminən 50 km/saat sürətlə idarə etdiyi Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobillərdə olan sərnişinlər X13 və X7 dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, həmçinin, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi və faktiki olaraq sahibliyində olan Vaz 21063 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1413,00 manat maddi ziyan dəymişdir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 332.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-547/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-547/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver