Məhkəmə qərarları › İş №3(025)-549/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-549/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-549/2023 16.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X1, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1963-cü il martın 21-də Qəbələ rayon Savalan kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Savalan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Savalan kəndi ərazisində Türyançay çayının sol sahilində özünə məxsus 21-AZ0205 nömrəli yivsiz lüləli ov silahı ilə lazımı icazə almadan 1 (bir) baş çöl ördək quşunu ovlayaraq qanunsuz ov etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 29 sentyabr 2023-cü il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Savalan kəndi ərazisində Türyançay çayının sol sahilində özünə məxsus 21-AZ0205 nömrəli yivsiz lüləli ov silahı ilə lazımı icazə almadan 1 (bir) baş çöl ördək quşunu ovlayaraq qanunsuz ov etmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus 21-AZ0205 nömrəli yivsiz lüləli ov silahı ilə tarixdə Qəbələ rayonu Savalan kəndi ərazisində Türyançay çayının sol sahilində 1 (bir) baş çöl ördək quşunu vurmuşdur. Həmin çöl ördək quşunu götürüb evə qayıdan zaman polis əməkdaşları onu saxlamış, ova icazəsinin olub-olmadığını soruşmuşlar. O isə ova icazəsinin olmadığını bildirmiş, belə olub onu polis şöbəsinə gətirmişlər. O, Ovçular Cəmiyyətinin üzvü olsa da, ov etməyə icazəsi olmamışdır. İndiyə qədər qanunsuz ov etməmişdir. Etdiyi əməldən çox peşmandır. Maddi vəziyyətini, həmçinin təbiətə dəymiş ziyanın miqdarsının az olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli “qanunsuz ov zamanı istifadə edilmiş ov silahı, ovlanmış bir ədəd çöl ördək quşunun götürülməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Savalan kəndi ərazisində axan Türyançayın sol sahilində qanunsuz ördək quşu ovu edərkən istifadə etdiyi bir ədəd “Dərya” markalı, 12 kalibirli, 21- AZ0205 nömrəli yivsiz ov silahı, 2267 nömrəli şəhadətnamə və 1 ədəd çöl ördək quşu götürülmüşdür. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli “qanunsuz ovlanmış 1 baş çöl ördək quşunun qidaya yararsız olub-olmamasının müəyyən olunması və məhv olunması barədə” aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə qanunsuz ovlanmış 1 baş “çöl ördək quşu” heyvanına orqonoptik baxış keçirilmiş, baxış zamanı ördək əti iylənmiş vəziyyətdə olduğundan insan qidası üçün yararsız olduğu müəyyən olunmuş və tərəflərindən məhv olunaraq basdırılmışdır. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli “mülki ov silahının və 1 ədəd ördək quşunun növbətçi hissəyə təhvil verilməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Savalan kəndi ərazisində axan Türyançayın sol sahilində qanunsuz ördək quşu ovu edərkən istifadə etdiyi bir ədəd “Dərya” markalı, 12 kalibirli, 21-AZ0205 nömrəli yivsiz ov silahı, 2267 nömrəli şəhadətnamə və 1 ədəd çöl ördək quşu götürülərək Növbətçi Hissənin məsul növbətçisi polis kapitan Faiq Seyidov təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 11 oktyabr 2021-ci il tarixdə verilmiş 2267 nömrəli Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, “Dərya” markalı, 21-AZ0205 nömrəli yivsiz lüləli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri ittifaqı “AZƏROV” tərəfindən verilmiş 0178 nömrəli “Ovçu Bilet”inin surətindən görünür ki, Şəxs xx.xx.2007-ci il tarixdən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri ittifaqına üzvdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 27 sentyabr 2023-cü il tarixli, 3-14-45/2-623/2023 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 176 saylı qərarına uyğun olaraq 1 (bir) baş çöl ördəyi quşunun ovlanması zamanı təbiətə dəymiş ziyanın məbləği 5 (beş) manatdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını və yaşını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar