Məhkəmə qərarları › İş №3(025)-550/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-550/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-550/2022 20.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzbati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1963-cü il oktyabrın 08-də Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 20 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 12 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 12 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən JN-0498 nömrəli (kod: ********) “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Zərərçəkmiş şəxs, X7, X5, X3, X4 və X1 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) cavabdeh Şəxs qeyriqanuni sahibliyindən alınaraq iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borclulara bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli icra sənədinin icrası ilə bağlı mübahisəli torpaq sahəsinin koordinatları və döngə nöqtələri ekspert tərəfindən göstərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs mübahisəli torpaq sahəsinin döngə nöqtələri ilə tanış edilmişdir. Mübahisəli torpaq sahəsi tam şəkildə tələbkara qaytarılmışdır. Həmçinin icra prossesi videoçəkilişlə lentə alınmışdır. Buna uyğun olaraq xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə tələbkar Şəxs şöbəyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs və ailə üzvlərinin yenidən maneə törətdiyini bildirmişdir. Tələbkarın xx.xx.2021-ci il tarixli xitam qərarından şikayəti əsasında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(025)-50/2021 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi üçün şöbəyə göndərilmişdir. Lakin buna baxmayaraq borclu Şəxs yenidən icra sənədinin icrasına maneələr yaratmışdır. Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(025)-300/2021 nömrəli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Bundan sonra Şəxs “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıqlar göndərilmişdir. Şəxs mübahisəli torpaq sahəsi ilə bağlı inzibati məhkəməyə müraciət etmiş və bununla bağlı sənədləri şöbəyə təqdim etmişdir. X14 Məhkəməyə sorğu edilmiş, Şəxs İnzibati məhkəməyə müraciət etməsi məlum olmuşdur. Belə olub xx.xx.2021-ci il tarixli qərarla icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Lakin daha sonra məlum olmuşdur ki, Şəxs mübahisəli torpaq sahəsi ilə bağlı bir neçə dəfə İnzibati məhkəməyə müraciət etsə də, iddiaları mümkün sayılmamış və iddiasının mümkün sayılmasına dair icra şöbəsinə sübut təqdim etməmişdir. Belə olub icra hərəkətləri davam etdirilmişdir. Hal-hazırda Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməyəcəyini bildirir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Tələbkar isə icra sənədinin icra olunmasında israrlıdır. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsi və Şəki Apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qətnamələrlə razı deyildir. Bu məsələləri həll etmək üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən ona şikayətində göstərilən qüsurların aradan qaldırması üçün 5 gün vaxt vermişdir. Lakin həmin müddət keçməmişdir. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin şikayəti ilə bağlı araşdırma aparmamış və bu halda onun inzibati məsuliyyəti cəlb edilməsi yol verilməzdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil bürosunun vəkili Osmanov X2 Araz Osman oğlunun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən JN-0498 nömrəli (kod: ********) “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Zərərçəkmiş şəxs, X7, X5, X3, X4 və X1 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) cavabdeh Şəxs qeyri-qanuni sahibliyindən alınaraq iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1692/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(025)-329/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin İbadovun xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(025)-50/2021 nömrəli qərardadına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru Ramin İbadovun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməsi, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(025)-300/2021 nömrəli qərarına əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(107)-176/2021 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(025)-300/2021 nömrəli dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıqlarla isə cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında icra sənədini icra etməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qətnamələri ilə razı olmaması, mübahisəli torpaq sahəsinin mübahisələndirməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraicət etməsi barədə dəlilləri qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1692/2020 nömrəli qətnaməsi ilə də Qəbələ Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəxs tərəfindən isə kassasiya şikayəti verilməmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi öz qanuni qüvvəsini almışdır. Həmçinin Şəxs mübahisəli torpaq sahəsinə görə Şəki İnzibati Məhkəməsinə müraciət etsə də, onun tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında hər hansı inzibati iş olmasına dair sübut təqdim etməmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icra sənədi icra olunmasına baxmayaraq yenidən tələbkara maneələr yaratmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs icra sənədinin icrasını təmin etmədiyini, şəxsiyyətini, yaşını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar