Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-551/2020 29.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs müraciəti əsasında Qəbələ Rayon Polis Şöbəsində aparılmış təhqiqat araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs 2019-cu ildə Qəbələ rayon, Zarağan kənd sakini Zərərçəkmiş şəxs qardaşına sosial müavinət düzəltmək və 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs atasının avtomobilinin üzərində olan cərimələri silmək, tekniki baxış sənədini, sığorta sənədini və etibarnaməni düzəltmək vədi ilə ondan ümumilikdə 700 manat pul alaraq dələduzluq yolu ilə əmlakını ələ keçirmişdir. Lakin təhqiqatla törədilmiş əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılması rədd olunaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 Mahir İzzət oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, Şəxs 2019-cu ildə Qəbələ rayon, Zarağan kənd sakini Zərərçəkmiş şəxs qardaşına sosial müaviənət düzəltmək və 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs atasının avtomobilinin üzərində olan cərimələrin silinməsi, tekniki baxış sənədinin, sığorta sənədinin və etibarnamənin düzəltmək vədi ilə ondan ümumilikdə 700 manat pul alaraq dələduzluq yolu ilə əmlakını ələ keçirmişdir. Qəbələ Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis baş leytenantı Tural Mehdizadə tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Məhəmməd 2020-ci ilin noyabr ayının əvvəllərində ona yaxınlaşaraq atasının idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törədildiyi üçün üzərində dövlət cərimələrinin olduğuna görə halhazırda sözügedən avtomobilin Qəbələ rayon polis şöbəsinin cərimə meydançasında olduğunu bildirərək bununla bağlı ona köməklik etməyini xahiş etdi. Zərərçəkmiş şəxs edəcəyi köməkliyi müqabilində 300 manat pul verməli olduğunu bildirdi. Ondan Qəbələ şəhərində yerləşən Çinar restoranında görüşərək 300 (üç yüz) manat pulu qəbul etdi. Həmin vaxtı Zərərçəkmiş şəxs həmçinin atası Rafiqə məxsus şəxsiyyət vəsiqəsini, etibarnaməni və sözügedən avtomobilə aid qeydiyyat şəhadətnaməsini də götürdü, lakin buna baxmayaraq sonradan mövcud pandemiya şəraiti, eləcə də müharibə şəraiti ilə əlaqədar sadalanan işlərin görülməsində ləngimələrin yaranmışdır. Qeyd olunanlardan əlavə Şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxsla dəfələrlə iş gördüyünü, ona kömək etdiyini, ondan müxtəlif vaxtlarda pul aldığını, sonra həmin pulların qaytardığını bildirmiş, lakin, Məhəmməddən əlil qardaşı Ədalətə sosial yardım düzəldəcəyi adı ilə hər dəfə 200 manat olmaqla iki dəfəyə ümumilikdə 400 (dörd yüz) manat pulun alınmasını təhqiqat zamanı etiraf etsə də, təkzib edib, həmin faktın xatırlamadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, tanışı Şəxs əvvəllər ona bir dəfə köməklik etdiyi üçün həmin şəxsə inamı yaranmışdır. Bu səbəbdən təxminən bir il əvvəl əlil qardaşı Ədalətə sosial yardım düzəldilməsinə görə ona köməklik etməsi üçün Şəxs müraciət etmiş və sonuncu ona razılıq verərək ondan 400 (dörd yüz) manat pul tələb etmişdir. Əvəzində isə qardaşı Ədalətə sosial yardım düzəldəcəyinə dair vəd vermişdir, hətta razılığa əsasən Mahir ondan qardaşı Ədalət üçün düzələcək sosial yardımın ilk ayında 100 manat da əlavə alacağını dedi. Lakin Mahir ondan iki dəfə hər dəfə də 200 manat olmaqla təxminən bir il əvvəl ümumilikdə 400 manat pul almasına baxmayaraq sonradan verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Hər dəfə bir bəhanə (pandemiya şəraiti, müharibə şəraiti və s.) gətirdi. Buna baxmayaraq Şəxs inandığı üçün yenidən 2020-ci ilin noyabr ayının əvvəllərində ondan atasının idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin müddəti keçmiş texniki baxış sənədini, sığorta sənədini və etibarnaməsini düzəltməsini, eləcə də avtomobilin üzərində olan dövlət cərimələrini sildirməsini xahiş etmişdir. Şəxs də razılıq verməsi əsasında sonuncuya 300 manat pul vermiş, lakin Şəxs yenidən yuxarıda qeyd olunan öhdəlikləri icra etməyərək onu aldatmış, beləliklə ona ümumilikdə 700 manat ziyanlıq vurmuşdur. Şəxs 300 manat pul verdiyi zaman yanında tanışı Zarağan kənd sakini Çingiz olmuş və Çinar restoranında olmuşlar. 400 manat pulun isə 200 manatını Mahirə əlbəəl, digər 200 manatını isə Bum qəsəbəsinə gedən avtomobillərin dayanacağı ilə üzbəüzdə yerləşən meyvə polkasına qoymuşdur. Qəbələ Rayon Məhkəməsinə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə baxılması üçün təqdim edilmiş MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. İbtidai araşdırma zamanı ümumilikdə 700 manat məbləğində pul vəsaitinin ələ keçirildiyi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, yuxarıda qeyd edilən hallara görə Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən ayrı-ayrı vaxtlarda vahid niyyətlə beş yüz manatdan yuxarı dəyərdə əmlakı dələduzluq yolu ilə ələ keçirməsi özündə inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətlərininin olmasına dəlalət edir. Bu səbəbdən, habelə Şəxs göstərilən əməllərdən hər hansı biri ilə məsuliyyətə cəlb edilməməsi nəzərə alınmaqla hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq materiallar cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurorluq orqanına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq materiallar faktlarda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Qəbələ Rayon Prokurorluğuna göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-551/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-551/2020
29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver