Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-551/2022 29.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1979-cu il noyabrın 04-də Mingəçevir şəhərində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radəsində ov qaydalarını kobud surətdə pozaraq lazımı icazə olmadan özünə məxsus QİR-27 markalı, ********* nömrəli yivsiz ov silahı ilə 3 ədəd çöl dovşanını və 2 ədəd cüllüt quşunu ovlayaraq qanunsuz ov etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 14 dekabr 2022-ci il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radəsində ov qaydalarını kobud surətdə pozaraq lazımı icazə olmadan özünə məxsus QİR-27 markalı, ********* nömrəli yivsiz ov silahı ilə 3 ədəd çöl dovşanını və 2 ədəd cüllüt quşunu ovlayaraq qanunsuz ov etmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, onun əsas qazanc yeri ovdur. O, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. Silahı da qanuni əsasla ona məxsusdur. Maddi imkanı zəif olduğundan ov edərək ailəsini dolandırır. Törətdiyi əməldən peşimandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qanunsuz ov zamanı istifadə edilmiş ov silahı, ovlanmış çöl dovşanı və çulluq quşunun götürülməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri Gilan zavoduna məxsus əkin sahəsindən qanunsuz çöl dovşanı və çulluq quşu ovu edərkən istifadə etdiyi bir ədəd Baikal (MR-27) markalı, cüt lülə, bala qundaq nömrəsi 31019, qundaq və lülə nömrəsi ********* nömrəli yivsiz ov silahı, 14 ədəd 16-lık patron, 1 ədəd atılmış, istifadə olunmuş patron, 1 ədəd qətərkeş, bir ədəd çanta, 3 ədəd çöl dövşanı və 2 ədəd çulluq quşu Qəbələ rayon Polis şöbəsinin əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mülki ov silahının və 2 ədəd çulluq quşunun növbətçi hissəyə təvhil verilməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri Gilan zavoduna məxsus əkin sahəsindən qanunsuz çöl dovşanı və çulluq quşu ovu edərkən istifadə etdiyi bir ədəd Baikal (MR-27) markalı, cüt lülə, bala qundaq nömrəsi 31019, qundaq və lülə nömrəsi ********* nömrəli yivsiz ov silahı, 14 ədəd 16-lık patron, 1 ədəd atılmış, istifadə olunmuş patron, 1 ədəd qətərkeş, bir ədəd çanta, 3 ədəd çöl dövşanı və 2 ədəd çulluq quşu götürülərək Qəbələ rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qanunsuz ovlanmış 3 ədəd çöl dovşanı və 2 ədəd cüllüt quşuna qidaya yararsız olub-olmamasını müəyyən olunması və məhv olunması barədə” aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə qanunsuz ovlanmış 3 ədəd “çöl dovşanı” heyvanı və 2 ədəd cüllüt quşuna orqonoptik baxış keçirilmiş, baxış zamanı dovşan iylənmiş vəziyyətdə olduğundan insan qidası üçün yararsız olduğu müəyyən olunmuş və tərəflərindən məhv olunaraq basdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 25 sentyabr 2018-ci ildə verilmiş 1580 №-li şəhadətnamənin surətindən görünür ki, 16 kalibrli “MR-27” markalı, ********* nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 00221 saylı Biletin surətindən görünür ki, Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını və yaşını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, altı ay müddətə ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-551/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-551/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver