Məhkəmə qərarları › İş №3(025)-551/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-551/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-551/2024 28.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və AR DRA X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024; MN №1254511) tərtib edilmişdir ki, o, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Fortuna hotel” sahibkarlıq obyektində açıq məkanda reklam yayımının dayandırılması haqqında AR DRA X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 11-3-5/2-891/2024 saylı Yazılı Göztərişini vaxtında və tam yerinə yetirməmişdir. AR DRA X4 İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Fortuna hotel” sahibkarlıq obyektində açıq məkanda reklam yayımına icazə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən qeyd olunan ünvanda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə 1 ədəd 2,16 kv/m (1,2mx1,8m) ölçüdə ayrıca dayaqlı və 1 ədəd 1,3 kv/m (0,79mx1,3m) ölçüdə fasad üstü lövhələrlə reklam yerləşdirilməsinə icazə verilmişdir. Qeyd olunan ünvanda açıq məkanda reklam yerləşdirmə müddəti xx.xx.2024-cü il tarixədə bitmiş və müddətin uzadılması üçün müraciət olunmamışdır. xx.xx.2024-cü il tarixdə idarənin üç nəfər əməkdaşı tərəfindən açıq məkanda reklam yayımına Dövlət nəzarəti həyata keçirilərkən Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Fortuna hotel” sahibkarlıq obyektində müvafiq icazə alınmadan 1 ədəd 4,32 kv/m (1,2mx1,8m) ölçüdə ayrıca dayaqlı, 1 ədəd 1,34 kv/m (0,93mx1,44m), 1 ədəd 4,14 kv/m (1,55mx2,67m) ,1 ədəd 4,16 kv/m (1,6mx2,6m) ölçüdə fasad üstü lövhələr yerləşdirilməklə reklam yayımının həyata keçirildiyi aşkar edilmiş və Şəxs qeyd olunan açıq məkanda reklam yayımının dərhal dayandırılması və reklam yayımına müvafiq icazənin alınması üçün 5 gün müddətində Agentliyə müraciət olunması barədə göstərişlər verilmişdir. AR DRA X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 11- 3-5/2-891/2024 saylı Yazılı Göztərişi yerinə yetirmədiyindən Şəxs (VÖEN: **********) barəsində AR İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol (xx.xx.2024; MN №1254511) tərtib edilmişdir. İşdə olan AR DRA X4 İdarəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 000657 nömrəli Akta əsasən idarənin üç nəfər əməkdaşı tərəfindən açıq məkanda reklam yayımına Dövlət nəzarəti həyata keçirilərkən Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Fortuna hotel” sahibkarlıq obyektində Şəxs (VÖEN: **********) tərəfindən “Reklam haqqında” AR Qanunun tələbləri pozularaq müvafiq icazə alınmadan 1 ədəd 4,32 kv/m (1,2mx1,8m) ölçüdə ayrıca dayaqlı, 1 ədəd 1,34 kv/m ( 0,93mx1,44m), 1 ədəd 4,14 kv/m (1,55mx2,67m) ,1 ədəd 4,16 kv/m (1,6mx2,6m) ölçüdə fasad üstü lövhələrlə reklam yayımının həyata keçirildiyi aşkar edilmişdir. (fotoşəkillər əlavə edilmişdir) İşdə olan AR DRA X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 11-3-5/2-891/2024 saylı Yazılı Göztərişinin surətinə əsasən Şəxs (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024; MN №1254511) tərtib edilmişdir ki, o, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Fortuna hotel” sahibkarlıq obyektində açıq məkanda reklam yayımının dərhal dayandırılması və “Reklam haqqında” AR Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Agentliyə müraciət olunması barədə göstərişlər verilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Fortuna hotel” sahibkarlıq obyektində açıq məkanda reklam yayımının dayandırılması haqqında AR DRA X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 11-3-5/2- 891/2024 saylı Yazılı Göztərişini yerinə yetirməyərək AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, törədilən inzibati xətanın xarakteri nəzərə alınaraq Şəxs (VÖEN: **********) barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və cərimənin miqdarı müəyyən edilərkən onun inzibati xətanı ilk dəfə törətməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500,0 (bir min beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar