Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-552/2024 28.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1997-ci ildə anadan olmuş, AR vətəndaşı, Mingəçevir şəhəri, A.S.Puşkin küç. Ev 142, mən.9-da yaşayan Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахараг MÜƏYYƏNETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6619945) tərtib edilmişdir ki, o, idarə etdiyi «AUDİ A4 Minik» markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 22-00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindən keçən 69-cu km ilə Qəbələ şəhəri istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq) və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24.”maksimum sürətin məhdudlaşdırılması”) tələblərini pozaraq əks istiqamətdə dönmək üçün yolun hərəkət hissəsində dayanıb gözləyən “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomobillə arxa tərəfdən toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 yüngül dərəcəli xəsarət almışdır. Şəxs izahatında göstərmişdir ki, o, idarə etdiyi « AUDİ A4 Minik» markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 22-00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindən keçən 69-cu km. ilə Qəbələ şəhəri istiqamətində 60-61 km/saat sürətlə hərəkət etmiş və su içərkən ani olaraq diqqəti yoldan yayındığı üçün əks istiqamətdə dönmək üçün yolun hərəkət hissəsində dayanıb gözləyən “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomobillə arxa tərəfdən toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 yüngül dərəcəli xəsarət almışdır. “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərəri ödəmiş və Zərərçəkmiş şəxs2 sağalması üçün əlindən gələn hər şeyi edərək onunla barışmışdır. Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, o, idarə etdiyi “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 22-00 radələrində Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindən keçən 69-cu km-də əks istiqamətə dönmə məqsədilə dayanıb gözləyərkən Qəbələ şəhəri istiqamətində sürətlə hərəkət edən «AUDİ A4 Minik» markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşınla arxa tərəfdən vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Volsvagen Tiguan” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomobil zədələnmiş və o, yüngül dərəcəli xəsarət almışdır. «AUDİ A4 Minik» markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş zərəri ödəmiş və sağalması üçün əlindən gələn hər şeyi edərək onunla barışmışdır. İşdə olan AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmətibbi müayinəsi zamanı (xx.xx.2024-cü il tarixli 432 nömrəli müayinə aktı) onun bədən səthində aşkar edilmiş xəsarətlər- burunun əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir və xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/2393 saylı ekspert rəyinə əsasən «AUDİ A4 Minik» markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24.”maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərininyetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldıraraq zərərçəkmiş şəxslə barışması Şəxs məsuliyyətini yüngülləşdirən haldılr. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alıb barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 50, 114,115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-552/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-552/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver