Məhkəmə qərarları › İş №3(025)-553/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-553/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-553/2024 15.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, zərərçəkmiş şəxs X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirkı ilə, xx.xx.1993-cü ildə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu Nic qəsəbəsində yaşayan Şəxs barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6621945) tərtib edilmişdir ki, o, sərxoş halda idarə etdiyi “VAZ 2101Minik” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 20-30 radələrində Qəbələ rayonu Nic qəsəbəsi ilə hərəkətdə olarkan əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə apararaq X1 idarə etdiyi etdiyi “VAZ 21099 ” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq YNH törətmişdir. Baş vermiş YNH nəticəsində “VAZ 21099” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobillə 500,0 manat məbləğində maddi zərər dəymişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20-30 radələrində o, sərxoş halda idarə etdiyi “VAZ 2101Minik” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonu Nic qəsəbəsi ilə yaşadığı ünvan istiqamətində hərəkətdə olmuş və evə yaxınlaşarkən qarşıda çox aşağısürətlə yolun sağ kənarına yaxın hissəsi ilə hərəkət edən X1 idarə etdiyi “VAZ 21099 ” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobilin dayanacağını güman edib ötmə apararkən avtomobillər toqquşmuşdur. Baş vermiş YNH nəticəsində “VAZ 21099” markalı ** CC ***“ dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi zərəri ödəmək barədə X2 ilə razılaşmışdır. Zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20-30 radələrində o, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21099” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonu Nic qəsəbəsi ilə yaşadığı ünvan istiqamətində hərəkətdə olmuşdur. Evə yaxınlaşarkən arxadan gələn Şəxs idarə etdiyi “VAZ 2101Minik” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobil ötmə aparmış, həmin yerdə yol ensiz olduğu üçün avtomobillər toqquşmuşdur. Baş vermiş YNH nəticəsində ona məxsus olan “VAZ 21099” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi barədə Şəxs ilə razılaşmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs AR İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları ilk dəfə törətməsini nəzərə alıb barəsində İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 6621945) törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 ( yeddi yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar