Məhkəmə qərarları › İş №3(025)-554/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-554/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-554/2024 17.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X1 xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qəbələ rayon YPX-i tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 24029395 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.1-ci maddəsinin tələbindən göründüyü kimi inzibati xətalar haqqında işlər üzrə qərardan barəsində qərar çıxarılmış fiziki şəxs şikayət verə bilər. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərardan görünür ki, sözügedən qərar X2 barəsində çıxarılmış və həmin qərara əsasən Rəsul Rəsuli cərimə olunmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərardan X3 tərəfindən şikayət verilməsi əsassız və qanunsuzdur. Odur ki, məhkəmə hesab edir ki, X1 xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. İzah olunsun ki, barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən yenidən müvafiq məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar