Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-557/2025 18.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, AR vətəndaşı, evli, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22, mənzil 30-da qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında Protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 590.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2197337) tərtib olunmuşdur ki, o, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla istifadə etdiyi xüsusi icazə əsasında verilmiş 1 ədəd, “ВПО- 209Л.366TKM” markalı, HB 6418 nörmrəli mülki ov silahının daşınması qaydasını pozmuşdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22, mənzil 30-da yaşayır. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində olarkən ona məxsus olan **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı, “Lexus” markalı nəqliyyat vasitəsində aşkar edilən 1 ədəd, “ВПО-209Л.366TKM” markalı, HB 6418 nörmrəli mülki ov silahını Bakı Ovçuluq klubundan satınalma yolu ilə əldə etmiş və təyinatı üzrə istifadə etmək məqsədilə evində saxlamışdır. xx.xx.2025-ci il tarixdə istirahət etmək və həyətdəki meyvələri toplamaq məqsədilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən bağ evinə gələrkən həmin ov silahını da özü ilə götürmüş, lakin istifadə etməmiş, evə qoyub saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhərinə geri qayıdarkən həmin mülki ov silahını da götürmüş və patrondaşı çıxararaq avtomobilin ön sərnişin oturacağına qoymuşdur. Kabura yük yerinə yığılmış əşyaların altında qaldığı üçün götürə bilməmiş, silah açıq vəziyyətdə qaldığı üçün mülki ov silahının daşınması qaydası pozulmuşdur. Polis əməkdaşları tərəfindən aşkar edilərkən silahın icazə sənədi özündə olmadığından təqdim edə bilməmiş və silah polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan AR DİN Baş ictimai təhlükəsizlik idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2258 nömrəli şəhadətnamənin surətinə əsasən Şəxs 366 kalibrli, “ВПО 209” markalı, HD 6418 nömrəli yivsiz lüləli ov silahını saxlamaq və təyinatı üzrə istifadə etmək icazəsi verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli akta əsasən Bakı şəhər sakini Şəxs olan bir ədəd, 1967-ci il istehsalı, ВПО-209Л.366TKM markalı, HB 6418 markalı, qanuni mülki ov silahı saxlanması və daşınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə əməl edilmədiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xüsusi icazə almaqla əldə etdiyi özünə məxsus olan 1 ədəd, “ВПО-209Л.366TKM” markalı, HB 6418 nörmrəli mülki ov silahını ov yerlərindən kənarda özü ilə açıq vəziyyətdə gəzdirməklə AR İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “ВПО- 209Л.366TKM” markalı, HB 6418 nörmrəli mülki ov silahı müsadirə edilməməklə barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “ВПО-209Л.366TKM” markalı, HB 6418 nörmrəli mülki ov silahı Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-557/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-557/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver