Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-558/2024 28.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs X2 və qərarından şikayət verilən orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ rayon Polis X12 polisi bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X3 iştirakları ilə X2 Qəbələ rayon Polis X12 polisi bölməsinin xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Polis X12 polisi bölməsinin xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı elektron qərarından şikayətlə məhkəməyə müraciət edərək, Qəbələ rayon YPX-i tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə X6 məxsus Mercedes Benz E240 minik markalı, 99VX124 dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhəri, H.Aslanov küçəsində yerləşən avtomobil üçün nəzərdə tutulmuş park yerində avtomobili park etmək üçün hazırlanan zaman Vaz2107 markalı avtomobildə nasazlıq yarandığından avtomobilini park edə bilməmiş və hərəkəti davam etdirmişdir. Sözügedən avtomobilə sürmə etibarnaməsi sonuncu dəfə onun adına verildiyi üçün protokol onun adına qeydə alınmışdır. Lakin həmin müddətdə avtomobilin mülkiyyət sahibi X8 avtomobili idarə edirmiş. Şəhərdə yerləşən müşahidə kamerası vasitəsi ilə barəsində EQ 24029395 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Qərarda onun "X10" Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 (səksən) manat məbləğdə cərimə edilir, lakin sözügedən maddənin pozuntusuna yol verməmiş və sözügedən ərazidə qanunvericiliyin tələblərinə uyğun şəkildə hərəkət etmişdir. Bildirmək istəyir ki, sözügedən ərazidə avtomobillər üçün dayanacaq yeri var. Həmin ərazi bir tərəfli hərəkət yoluna aiddir, yol 2 hərəkət zolağından ibarətdir və avtomaşınlar və digər nəqliyyat vasitələrin hərəkəti sağ zolağdan keçir. X8 avtomaşını park etmək üçün hazırlandığı zaman hərəkətdə olan hər hansı nəqliyyat vasitəsinin hərəkətinə maniə törətməmiş və yuxarıda qeyd olunan maddənin tələbini pozmamış, belə ki, sözügedən maddədə 2-ci və digər zolağlarda hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətinə maniə törədilməsi qeyd edilib. X8 isə nəqliyyat vasitələrinin hərəkəti olmayan zolağda avtomobili park etmək üçün təşəbbüs göstərmiş, lakin idarə etdiyi avtomaşının arxasında nasaz olan avtomobilə görə hərəkətini davam etdirmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, X8 fəaliyyət göstərdiyi iş yeri sözügedən ərazidə yerləşir və X8 avtomaşınını orada olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaqda saxlamaq məcburiyyətindədir. Hər hansı bir yol hərəkəti qaydalarını pozmadığım halda, Qəbələ rayon YPX-nin müşahidə kamerası vasitəsilə əsaslandırmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 346.4-ü maddəsinin tələblərini pozmaqla 80 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına olan maddəsidir. Lakin bu maddənin tələbləri pozulmamış, hərəkətdən düzgün istifadə edilmişdir. Şəkildə də göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Məhkəmə iclasında şikayətçi X5 şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, barəsində İXM-nin 346.4-cü maddəsi ilə qərar qəbul edilən zaman avtomobil onun tərəfindən yox, nəqliyyat vasitəsinin mülkiyyətçisi X8 tərəfindən idarə edilmişdir. Qərarından şikayət verilən orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ rayon Polis X12 polisi bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X7 izahatında bildirmişdir ki, “Mercedes Benz E240” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İXM-nin 346.4-cü maddəsinin tələbləri pozulmuşdur. Lakin yanlışlıqla avtomobili idarə edən şəxs barəsində deyil, avtomobilin mülkiyyətçi tərəfindən sonuncu etibarnamə verilən şəxsin barəsində qərar qəbul edilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, “Mercedes Benz E240” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. X5 onun dostudur və dostu ona məxsus avtomobildən istifadə etdiyinə görə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. O, Qəbələ şəhərində, H.Aslanov küçəsində telefon mağazası işlətməkdədir. xx.xx.2024-cü il tarixdə iş yerinə gəlmiş, avtomobili qanunla saxlamaq üçün icazə verilən yerdə saxlamaq istəmiş, bu zaman oradan avtomobil çıxdığını görmüş və avtomobilini onun yerində saxlamaq istəmişdir. Lakin həmin avtomobildə nasazlıq olmuş, belə olub gözləməli olmuşdur. Daha sonra həmin avtomobilin işə düşmədiyini görüb, oradan uzaqlaşmış, avtomobili başqa yerdə saxlamışdır. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ rayon Polis X12 polisi bölməsinin xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylıqərar ləğv edilərək yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmi şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılamış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.4-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında qərardan şikayət vermiş X2 məhkəmə iclasında verdliyi izahatından belə məlum olur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan yol hərəkəti qaydalarının pozulması ilə bağlı qayda pozuntusu “Mercedes Benz E240” minik markalı, **-VX-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə törədilmişdir. Həmin nəqliyyat vasitəsinin istifadəçisi kimi inzibati xəta haqqında protokol İXM-nin 122.7-ci maddəsinin tələblərinə uyğun olaraq onun barəsində tərtib edilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda inzibati xəta törədilməsi zamanı nəqliyyat vasitəsinin X8 tərəfindən idarə edilməsi məhkəmə zamanı müəyyən edildiyindən, X2 barəsində İXM-nin 346.4-cü maddəsi ilə qərar qəbul edilməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 hüquqlarını məhdudlaşdırmışdır. X2 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X5 barəsində Qəbələ rayon Polis X12 polisi bölməsinin xx.xx.2024cü il tarixli, EQ 24029395 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ Rayon Polis X12 Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Qəbələ rayon Polis X12 polisi bölməsinin xx.xx.2024-cü il tarixli, EQ 24029395 saylıqərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ Rayon Polis X12 Polis Bölməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-558/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-558/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver