Məhkəmə qərarları › İş №3(025)-56/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-56/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-56/2021 29.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1989-cu il sentyabrın 01-də Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş leytenantı X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qəbələ şəhəri 28 may küçəsində avtomobili idarə edərkən qarşısında hərəkət edən “Vaz 21011” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlamamış və nəticədə həmin avtomobili arxadan vurmuşdur. Yoxlama zamanı Şəxs sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş leytenantı X4 göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qəbələ şəhəri 28 may küçəsində avtomobili idarə edərkən qarşısında hərəkət edən “Vaz 21011” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlamamış və nəticədə həmin avtomobili arxadan vurmuş və həmin avtomobilin sahibinə maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı Şəxs sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdur. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilib, göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 18:00 radələrində qardaşının adına olan “Vaz 2101” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhər 28 may küçəsi ilə Bum kəndi istiqamətində hərəkətdə olarkən qarşında onunla eyni istiqamətdə hərəkət edən “Vaz 21011” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında qəfildən tormozlama aparmış və onunla düzgün ara məsafəsi saxlamadığından onu arxadan vurmuşdur. Hadisə zamanı heç kim bədən xəsarəti almamışdır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanını ödənilməsi ilə bağlı razılığa gəlməmişlər və zərərçəkmiş şəxsə hər hansı məbləğdə ödəniş etməmişdir. Odur ki, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahişedir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Vaz 21011” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri 28 May küçəsi ilə Bum qəsəbə istiqamətinə hərəkət edərkən arxası ilə onunla eyni istiqamətində hərəkət edən “Vaz 2101” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil düzgün ara məsafəsi saxlamamış və nəticədə surətini azaltdıqda avtomobilini arxadan vurmuşdur. Hadisə zamanı heç kim bədən xəsarəti almamışdır. Avtomobilini idarə edərkən spirtli içki içməmişdir və ayıq vəziyyətdə olmuşdur. Avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur və bu səbəbdən hadisə günü Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən cərimə edilmişdir. Ziyan aktında avtomobilinə dəymiş ziyan 556 manat göstərilsə də, Şəxs daha az məbləğdə dəymiş ziyanınını tələb etməsinə baxmayaraq ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın ödənilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Qəbələ rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİ-nin X3 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. İşdə olan Ziyan aktından görünür ki, hadisə nəticəsində ““Vaz 21011” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 556,0 manat məbləğində maddi zərər dəymişdir. - AA 147664 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 2101” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il saat 11:30-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar