Məhkəmə qərarları › İş №3(025)-56/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-56/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-56/2023 10.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB-nin polis baş serjantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 03 aprel 1993-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3, 334.1 və 334.3-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin DYPBnin polis baş serjantı X3 tərəfindən 08 fevral 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2023-cü il fevralın 08-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda “VAZ 21013” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Nohurqışlaq kəndində yol ayırıcı keçmə qaydalarını pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 240” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törtəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB-nin polis baş serjantı X3 göstərdi ki, Şəxs 2023-cü il fevralın 08-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda “VAZ 21013” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Nohurqışlaq kəndində yol ayırıcı keçmə qaydalarını pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 240” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törtəmişdir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.3, 334.1 və 334.3-cü maddələri ilə tərəfindən tərtib edilmiş protokolun nəzərə alınması göstərilmişdir. Beləliklə, protokol məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.3, 334.1 və 334.3-cü maddələri ilə özünü təqsirli bilib göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:40 radələrində Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində atasına məxsus “Vaz 21013” minik markalı, **- HF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qəbirstanlığın qarşısından yola çıxarkən həmin yolda düzünə hərəkətdə olan “Mercedes Benz 240” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Avtomobili idarə edərkən 3 bakal spirtli içki olan pivə qəbul etmişdir. Hadisə zamanı avtomobilində qohumu Orxan olmuş, heç bir xəsarət almamışdır. Törətdiyi əməldən çox peşimandır. Zərərçəkmiş şəxslə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişdir. İİ Qarabağ müharibəsinin iştirakçısıdır və qazidir. Belə ki, müharibədə yaralanmış və İİ qrup əlildir. Bu halların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:40 radələrində Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus “Mercedes Benz 240” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə imiş və bu zaman sağ tərəfdən qarşısına “VAZ 21013” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxmışdır. Həmin avtomobillə toqquşmuş, hadisə zamanı avtomobildə qardaşı Mehrab olmuş və heç biri xəsarət almamışdır. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə avtomobilin düzəldilməsi ilə bağlı qarşılıqlı razılığa gəldiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup əlil olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X8 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİNBDYPİ-nin X4 BC kateqoriyalı AE721845 saylı sürücülük vəsiqəsi qeydiyyata alınmışdır, lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək sürücülük hüququndan məhrum olunmuşdur. İşdə olan Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs sərxoşluğunun dərəcəsi 1,451 % olmuşdur. İşdə olan AC 759783 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21013” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İşdə olan ƏN-Vİİİ 534142 nömrəli etibarnamənin surətindən görünür ki, X5 tərəfindən Şəxs xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən “Mercedes Benz 240” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanının 2395 manat təşkil etdiyi müəyyən olunmuşdur. İşdə olan 022696 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup müharibə əlilidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 332.3, 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sürücülük hüququ, müvafiq etibarnamə olmadan, sərxoş vəziyyətdə faktiki olaraq sahibliyində olan “VAZ 21013” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuş, bu zaman avtomobili əks istiqamətli yolla Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 240” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə 2395 manat maddi ziyan dəymişdir. Beliliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXMin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və İİ qrup İİ Qarabağ müharibəsi əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1 və 334.3-cü maddələri ilə təqsirli bilinməli, İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2,5 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar