Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-56/2025 19.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2291577) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Qəbələ rayonu, Zarağan kəndində birgə yaşadıqları evdə arvadı X1 hər iki tərəfinə sillə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə evlənərək onunla birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşamış və onların birgə nikahdan iki övladı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12-13 radələrində Alidədə ona pul kartını vermədiyi üçün aralarında mübahisə olmuş, həmin vaxt o, Alidəni hədələmiş, lakin vurmamış və ona heç bir xəsərət yetirməmişdir. Zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, o, 2006-cı ildə Şəxs evlənərək onunla birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşamış və onların birgə nikahdan iki övladı olmuşdur. Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir və heç yerdə işləmir. O, orta məktəbdə müəllim işləyərək ayda cəmi 175,0 manat əmək haqqı və 320,0 manat sosial müavinət alır. xx.xx.2025-ci il tarixdə saat 12-13 radələrində İlkin ondan pul kartını istəmiş və ala bilmədiyi üçün onunla mübahisə edib sifətində sillə ilə vurmuş, sonra mətbəxə keçib masanın üzərindəki bıcağı götürərək üzərinə gəlib onu öldürməklə hədələmişdir. O, İlkini özündən uzaqlaşdıraraq evdən çıxmaq üçün qapıya tərəf getmiş, lakin İlkin qapını bağlamış və o, evin pəncərəsindən tullanaraq qaçmışdır. . İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 21 saylı ekspert rəyinə əsasən, X3 məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. AR İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə, Qəbələ rayonu Zarağan kəndində, yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı Şəxs arvadı X3 döyməsi və ya sair zorakı hərəkətlərlə ona fiziki ağrı yetirməsi öz təsdiqini tapmamışdır. Ona görə də, görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-56/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-56/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver