Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-560/2022 26.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci və 339.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Həmçinin Şəxs adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mətkəzi Məlumat Bazasında AB700044 nömrəli BC dərəcəli sürücülük vəsiqəsi qeydiyyata alınsa da xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir və X2 tərəfindən yenisi ilə əvəz olunmamışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci və 339.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində özünə məxsus “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə idi və Emil marketin qabağında saxladı. Bu zaman yol patrul xidməti ona yaxınlaşdı. 1 ədəd spirtli içki “Go” içirdi. Həmin yerdə dayanaraq ayıq sürücü gözləyirdi ki toya getsin. Avtomobili içkili vəziyyətdə idarə etməmişdir. Avtomobili həmin yerə ayıq vəziyyətdə sürüb gətirmişdir, daha sonra spirtli içki “Go” almışdır və avtomobili təzədən idarə etməməşdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində inzibati xəta tərkibi olmadığı üçün, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Qəbələ RPŞ DYPB-nin rəisi polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mətkəzi Məlumat Bazasında AB700044 nömrəli BC dərəcəli (xx.xx.2011-xx.xx.2021) sürücülük vəsiqəsi qeydiyyata alınmış, lakin xx.xx.2021 –ci il tarixdə müddəti bitmişdir. İşdə olan Qəbələ RPŞ DYPB-nin rəisi polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mətkəzi Məlumat Bazasında son 1 (bir) il ərzində AR İXM-nin 334.1-ci maddəsi ilə İXP ******* saylı protokol qeydiyyata alınmıış, həmin protokol əsasında qəbul edilmiş qərarla Şəxs 500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 dekabr 2022-ci il tarixdən saat 11:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-560/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-560/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver