Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-560/2023 12.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1972-ci il martın 05-də Qəbələ rayonu Dızaxlı kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Yeni Dızaxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 oktyabr 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 12oktyabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X11 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsinin qarşısında polis əməkdaşlarının qanuni tələbini pozmuş və onların qanuni tələblərinə tabe olmamışdır.Belə ki, Ziyaməddin Kərimov və orada olan digər şəxslər təkidlə Yeni Dızaxlı kənd sakini Bünyadın polis şöbəsindən çölə buraxılmasını, əks halda polis şöbəsini tərk etməyəcəklərini bildirmişlər. Onlara dəfələrlə şöbənin qarşında toplanmamağı, Bünyad barəsində qanuni tədbirərin görüldüyü qeyd edilsə də, sözlərinə məhəl qoymamışlar və polis haqqında yalandan ifadələr işlətmişlər. Beləliklə, həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayon Kiçik Əmili kəndində ona və ailə üzvilərinə aid 1 hektara yaxın torpaq sahəsi var. Həmin torpaq sahəsi hal-hazırda rəsmi şəkildə Pərvanə Əliyevaya məxsusdur. O həmin torpaq sahəsini qanunsuz şəkildə öz adına rəsmiləşdirmişdir. Onun həmin kənddə torpaq sahəsinin olması barədə məlumatı 2020-ci il tarixində olmuşdur. Bundan sonra onlar kənd sakinləri ilə birlikdə həmin işlə bağlı məhkəməyə müraciət etmişlər. Hal-hazırda iş məhkəmədə davam etdirirlir. Lakin o, həmin torpaq sahəsi ilə bağlı məhkəmənin işi aparmasını nəzərə almayaraq bir neçə gün əvvəl özümə məxsus olan torpaq sahəsinin kənd sakinləri tərəfindən şumlanması istəmişdir. Bu gündə Mirzəyev Rizvan, Aslanov Ülvi və Xammədov Elsun tərəfindən həmin torpaq sahəsini şumlayıblar. O, xx.xx.2023-cü il tarixdə həmin mübahisəli torpaq sahəsinə getməmişdir. Orada traktor sahibləri qeyd olunan tarixdə həmin torpaq sahəsini şumlayıblar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində həmkəndliləriminTeymur adlı şəxslərlə şöbənin qarşısına gəlmişdir. Orada təxminən 15 20 nəfər olmuşlar. Polis əməkdaşları torpaq sahəsi ilə bağlı bir neçə dəfə onlara həmin məsəslənin məhkəmə aidiyyatı olduğunu bildirmişlər və onlardan şöbənin qabağına yığışmamaqlarını bildirmişlər. Lakin onların qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşmamışlar. Orada polis əməkdaşları ilə əsasız mübahisə edərək oradan getməmişlər. Etdiyi əməldən peşmandır. Oğlu hərbi xidmətdədir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X4 Tehran Rəhim oğlunun əməlindən peşman olmasını və oğlunun hərbi xidmətdə olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:50 radələrində RPŞ-yə axşam toplanışına gələn zaman RPŞ-nin qarşısında təxminən 15-20 nəfər şəxsin toplaşdığını görmüş və polis əməkdaşlarının onlarala izahedici söhbətlər apararaq onlara RPŞ-nin qarşısından evlərinə getmələri barədə bildirmişlər. Həmin vaxtı ona aydın olmuş ki, RPŞ- nin qarşısından toplaşan şəxslər Dızaxlı kənd sakinləridir, belə ki, həmin şəxslərin torpaq iddiaları olduğun üçün bir neçə nəfər Qəbələ RPŞyə dəvət olunmuşlar. Digər kənd sakinləridə onlara dəstək üçün RPŞ-nin topalaşıb o və digər polis əməkdaşları həmin şəxslərə dəfələrlə şöbənin iş fəaliyyətini pozamaları və evlərinə getmələri barədə xəbərdarlıqlara baxmayaraq aralarında daha aqresiv və fəal olan X1, X9, X3 və X7 onlara məhəl qoymayaraq daha aqressiv şəkildə nalayiq ifadələr işlədərək onların qanuni tələblərini pozmuşlar. Həmçinin Şəxs və digər şəxslər polis şöbəsində olan Bünyad adlı şəxsin buraxılmayacağı təqdirdə polis şöbəsini tərk etməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Fəxrəddin Rəfail oğlu ilə oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “X15 Haqqında” protokoldan görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 22:20-də tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsinin qarşısında polis əməkdaşlarının qanuni tələbini pozmuş və onların qanuni tələblərinə tabe olmamışdır.Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-560/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-560/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver