Məhkəmə qərarları › İş №3(025)-560/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-560/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-560/2024 22.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Bunud kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN ********) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, gecə vaxtı Qəbələ rayonu, Bunud kəndində yerləşən çayxananın qarşısında qəsdən uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Bunud kəndində yaşayır və Bunud kənd orta məktəbində idman müəllimi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 23-00 radələrində Qəbələ rayonu, Bunud kəndində yerləşən çayxanaya getmiş və çayxananı işlədən Zərərçəkmiş şəxs ilə eyni masa arxasında əyləşib birlikdə 2L. pivə içmişdir. Bundan sonra Zərərçəkmiş şəxs çayxananı bağlayıb getmək istədikdə o etiraz edib bir qədər də gözləməyi tələb etmiş və onunla xırda mübahisə etmişdir. Həmin vaxt çayxanada onlardan başqa heç kim olmamış və onun tərəfindən nalayiq ifadələr işlədilməmişdir. İş üzrə şahid Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23-00 radələrində ona məxsus olan Qəbələ rayonu, Bunud kəndində yerləşən çayxanaya gəlmiş, özü ilə gətirdiyi pivəni içə-içə münaqişə etdiyi kənd sakini Əlimərdan Qaçayevin və digər şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Artıq gec olduğu üçün çayxananı bağlayıb getmək istəyərkən Renat etiraz etmiş, ona polis sahə rəisinə məlumat verəcəyini dedikdə isə polis təşkilatının və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, çayxanadan çıxmış və AR DİN 102 xidmətinə zəng edərək Şəxs hərəkətləri barədə məlumat vermişdir. İş üzrə şahid X1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23-00 radələrində o, X3 ilə birlikdə Qəbələ rayonu, Bunud kəndində yerləşən çayxananın qarşısında olarkən Şəxs özü ilə gətirdiyi pivəni içə-içə çayxanaya girmiş və sonra siqaret çəkməyə başlamışdır. Çayxanada işləyən Zərərçəkmiş şəxs onun siqaret çəkməsinə etiraz etmiş və artıq gec olduğu üçün çayxananı bağlayıb getmək istədiyini bildirdikdə Renat etiraz etmişdir. Elçin polis sahə rəisinə məlumat verəcəyini dedikdə Renat polis təşkilatının və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Renat və Əlimərdanla birlikdə çayxanadan çıxıb getmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli 022635 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə saat 23:00-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar