Məhkəmə qərarları › İş №3(025)-561/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-561/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-561/2023 16.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPXİ polis baş serjantı X2, Zərərçəkmiş şəxs, müdafiəçi Vəkil, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2006-cı ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 sentyabr 2023-cü il tarixdə, saat 15:15 radələrində Qəbələ rayonu, Çuxur Qəbələ kəndi ərazisində sürücülük hüququ olmadan “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C230 Minik” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPXİ-u polis baş serjantı X1 Vüsal Müşviq oğluna Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPXİ-u polis baş serjantı X4 izahatında bildirmişdir ki, Şəxs 12 sentyabr 2023cü il tarixdə, saat 15:15 radələrində Qəbələ rayonu, Çuxur Qəbələ kəndi ərazisində sürücülük hüququ olmadan “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək nəticəsində Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 15:15 radələrində sürücülük hüququ olmadan “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu, Çuxur Qəbələ rayonu kənd ərazisində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir etmək qaydalarını pozmuşdur. Nəticədə Mersedes markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun avtomobilini idarə etmə səbəbi atası Qanuni nümayəndə ona zəng edərək bildirmişdir ki, “içkili vəziyyətdəyəm gəl məni Nic qəsəbəsindən götür”. Hadisə zamanı avtomobildə X5 olmuş və heç bir bədən xəsarəti almamışdır. Törətdiyi əməldən peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 15:15 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Çuxur Qəbələ kənd ərazisində hərəkətdə olduğu zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir qaydalarını pozmuş və nəticədə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir etmə qaydasını pozan “VAZ 21074” markalı **-BH- *** dövlət qeydiyyat nömrəli avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə oğlu barəsində daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2, 332.1, və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar