Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-563/2023 16.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Yengicə kəndində anadan olmuş, Qəbələ rayonu, Yengicə kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 İlyas Yaqub oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla 2012-ci il tarixdən evlidir, iki azyaşlı oğlan övladları vardır. Yoldaşı ilə evləndikdən sonra ara sıra münaqişələri olmuşdur. Münaqişələrin səbəbi qayınanasıdır və o, onların həyatına müdaxilə edir. Aralarında olan münaqişələrə görə onun paltarını yumur, yemək vermirdi. xx.xx.2023-cü il tarixdə saat 15 radələrindən sonra işdən evə gəlmiş, görmüşdür ki, paltarları evin küncündədir, yuyulmayıbdır. Ülkərdən bunun səbəbini soruşanda ona “sənin paltarların anamın mənə aldığı paltaryuyanda yuyulmayacaq” demişdir. Buna görə həmin maşını evdən çıxardaraq pilləkənə qoymuş və “onda bu maşın mənim evimdə olmayacaq” demişdir. Paltarlarını yumaq üçün anasına aparmış, qayıdan zaman görmüşdür ki, Ülkər anasına zəng edərək “məni İlyas döyür, gəlin məni aparın” demişdir. Bu zaman anası da onun arxasınca həyətə gəlmiş, anasını da təhqir etmişdir. Bu zaman ona və övladına aldığı mobil telefonları ondan alaraq yerə vurub sındırmışdır. Daha sonra əsəbiləşərək paltaryuyan maşını götürərək yerə vurub sındırmışdır. Sonra Ülkər qardaşıgilə getmiş, daha sonra həyətə qayıtmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və onlar polis şöbəsinə gəlmişdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun əridir. Onunla 2012-ci il tarixdən evlidir, iki azyaşlı oğlan övladları vardır. Əri ilə evləndikdən sonra ara sıra münaqişələri olmuşdur. Bunun səbəbi onun ona xəyanət etməsi olurdu. Mütəmadi olaraq onunla münaqişə yaratdığına, onu nalayiq ifadə ilə təhqir etdiyinə görə aralarında münaqişələr yaranmış və hal-hazırda boşanmaq ərəfəsindədilrər. xx.xx.2023-cü il tarixdə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Aralarında olan münaqişələrə görə onun paltarını yumurdu. xx.xx.2023-cü il tarixdə saat 15 radələrindən sonra əri evə gəldi, gördü ki, o onun paltarlarını yumamışdır. Bu zaman onun valideyinlərinin ona aldığı mobil telefonunu əlindən alaraq sındırmış, daha sonra onun anası tərəfindən ona pay alınan paltaryuyan maşını yerə vuraraq sındırmışdır. Kiçik övladını qucağına götürərək “evdən gedirəm” demişdir. Bu zaman İlyas saçından tutaraq yolmuş, sol qoluna yumruq ilə bir dəfə zərbə vurmuşdur. Daha sonra onu nalayiq ifadə ilə təhqir etmiş, övladlarını götürərək onun qardaşının həyətinə getmişdir. Oradan atasına zəng edərək məlumat vermiş, daha sonra 102 xidmətinə də məlumat vermişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 549 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində başın sol təpə nahiyəsinin və sol bazunun bayır orta 1/3-nin qançırı kimi xəsarətin olduğu, həmin xəsarətin xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi şəraitdə törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu qeyd olunmuşdur. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/1476 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 16 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-563/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-563/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver