Məhkəmə qərarları › İş №3(025)-565/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-565/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-565/2021 19.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, şikayətçinin vəkili və nümayəndəsi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin nümayəndəsi X9 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin 29 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, barəsində 1500 AZN məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirik ki, "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 barəsindəki Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 barəsində Azərbaycan Respublikası tXM-in 192.4-ci maddəsi ilə həmin İdarə tərəfindən 26.10.2021-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin klaster maliyyə meneceri X10 əvvəllər MMC-də işləmiş X11, X42, X4, X12, X17, X5, X26, X18, X6, X27, X34, X28, X13, X35, X29, X7, X51, X2, X43, X8 və X19 işlədikləri dövrdə gecə vaxtına düşən saatlara görə əlavə əməkhaqqı hesablamamış və ödəməmiş, bununla da qanun pozuntusuna yol vermişdir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin törədilmə vaxtı göstərilməmişdir. Qanunvericiliyin qeyd olunan tələbinə əsasən gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavə əmək haqqı ilə birlikdə ödənilməlidir. Protokolda qeyd olunan şəxslərə isə işlədikləri müddət ərzində işəgötürən tərəfindən hər ay əmək haqqı ödənilmiş, lakin işçilərin gecə növbəsinə düşən saatlara görə əmək haqqına əlavələr hesablanmamışdır. Belə olan halda qanunvericiliyin tələbləri gecə növbəsinə iş saatları düşən işçinin həmin aya görə əmək haqqısı ödənilən zaman pozulmuşdur. Həmin vaxtdan isə protokolda adları qeyd olunan şəxslərin bəzilərinə münasibətdə artıq 1 ildən, bəzilərinə münasibətdə isə ən azı 5 aydan cox müddət keçmişdir. Bundan əlavə protokolda adları qeyd olunan X30 ilə bağlanılmış əmək müqaviləsinə 13.01.2021-ci il tarixdə, X60 ilə bağlanılmış əmək müqaviləsinə 27.12.2019-cu il tarixdə, X20 ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X31 ilə bağlanılmış əmək müqaviləsinə 22.11.2019-cu il tarixdə, X36 ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X21 ilə bağlanılmış əmək müqaviləsinə 01.02.2021-ci il tarixdə, X44 ilə bağlanılmış əmək müqaviləsinə 29.11.2019-cu il tarixdə, X37 ilə bağlanılmış əmək müqaviləsinə 04.01.2019-cu il tarixdə, X22 ilə bağlanılmış əmək müqaviləsinə 03.07.2020-ci il tarixdə, X45 ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X52 ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X46 ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X32 ilə bağlanılmış əmək müqaviləsinə 07.01.2019-cu il tarixdə, X53 ilə bağlanılmış əmək müqaviləsinə 02.09.2019-cu il tarixdə, X47 ilə bağlanılmış əmək müqaviləsinə 28.02.2020-ci il tarixdə, X23 ilə bağlanılmış əmək müqaviləsinə 02.12.2019- cu il tarixdə, X66 ilə bağlanılmış əmək müqaviləsinə 05.03.2021-ci il tarixdə, X14 ilə bağlanılmış əmək müqaviləsinə 08.10.2020-ci il tarixdə, X61 ilə bağlanılmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə, X24 ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə və X38 ilə bağlanılmış əmək müqaviləsinə 08.06.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmiş və xitam verilən tarixdə də işçilərə son haqq-hesab ödənilmişdir. Bu hal da bir daha təsdiq edir ki. qevd olunan şəxslərin bəzilərinə münasibətdə qanunvericiliyin tələblərinin pozulmasından ən azı 1 ildən, bəzilərinə münasibətdə isə ən azı 5 aydan çox müddət keçmişdir. "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 barəsində 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolda qeyd edilmiş Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində də göstərilir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildikdə əməl inzibati məsuliyyətə səbəb olur. “Qafqaz-Qəbələ" MMC-nin klaster maliyyə meneceri X1 barəsində 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə törədilmiş inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulan və inzibati tənbehin 01 il ərzində verilməsi mümkün olan inzibati xətalar kateqoriyasına aid deyil. Daha sonra, qeyd edirik ki, inzibati xəta haqqında protokolda adları qeyd olunan şəxslərə münasibətdə inzibati xətanın törədilmə tarixindən ən azı 5 aydan çox müddət keçmişdir. Belə olan halda isə inzibati tənbeh verilməsi üçün inzibati xətanın törədildiyi gündən qanunvericiliklə müəyyən olunmuş üç aylıq müddət keçmişdir. ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 barəsində 26.10.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulan müddət ötürüldükdən sonra tərtib edilmişdir. Həmçinin, ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən "xxxx" MMCnin klaster maliyyə meneceri X1 barəsində çıxarılmış 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar da İnzibati Xətalar Məcəlləsinin 38.1-cı maddəsinin 1-ci cümləsində nəzərdə tutulan 03 aylıq müddət bitdikdən bir neçə ay sonra qəbul edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən "xxxx" MMC-nin klaster maliyyə meneceri X1 barəsində çıxarılmış 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürüldüyü həmin İdarənin rəhbərinin diqqətinə çatdırılsa da, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın uzanan inzibati xəta olduğu, İXM-in 38.2-ci maddəsinə əsasən uzanan inzibati xətalara münasibətdə cəlb etmə müddətinin xətanın aşkara çıxarıldığı gündən hesablandığı və bu əsasla da inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyi onlara bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) heç bir halda uzanan inzibati xəta hadisəsi sayıla bilməz. Çünki, burada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta vahid niyyətlə əhatə olunur, heç bir halda inzibati xəta uzanan formada davam etmir. Maddənin dispozisiyasından da göründüyü kimi xəta işçinin əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsi anında törədilmiş olur. «İşçilərin əmək haqqısı isə qanunvericiliyin tələblərinə əsasən adətən işlədiyi ayın sonunda bir dəfə hesablanır və işçiyə ödənilir. Bu halda isə xətanın müəyyən müddət ərzində fasiləsiz davam etməsi mümkün deyil. Belə ki, inzibati xəta işçinin əməkhaqqısının hesablanıb ödənildiyi anda törədilir və həmin anda da başa çatır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri (bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan [qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən1 və inzibati məsuliyyətə səbəb olan əməl fhərəkət və va hərəkətsizlik) inzibati xəta hesab olunur) eyni anda bas verir və bitir. Konkret olaraq "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 əməlində də inzibati xəta haqqında protokolda adları qeyd olunan şəxslərə münasibətdə qanun pozuntusu (xəta) müxtəlif vaxtlarda baş verir (işçilərin əmək haqqısının hesablanıb ödənildiyi anda) və bir pozuntu ilə digər pozuntu arasında kifayət qədər fasilələr vardır. Belə olan halda isə "Uzanan hüquqpozuntusu"nun əsas mahiyyətini ifadə edən onun fasiləsizliyi meyarı (Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilmiş mövqeyə əsasən) pozulmuş olur. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta deyildir. Belə olan halda, "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta heç bir halda uzanan inzibati xəta hesab edilə bilməz və buna görə də inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilməli idi. Həmçinin daha öncə də başqa bir eyniməzmunlu şikayətlə əlaqədar olaraq ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən 3 aylıq məsuliyyətə cəlbetmə müddətinin keçməsinə baxmayaraq yenə də onun barəsində uzanan xəta adı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən 26.10.2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qərardan verilmiş şikayət Qəbələ rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli qərarı ilə təmin olunaraq DƏMX Şəki regional ərazi şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Qəbələ rayon Məhkəməsinin qeyd olunan qərarından DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət Şəki Apelyasiya Məhkəməsinin 13.10.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Hər iki instansiya məhkəməsinin qəti mövqeyi ondan ibarət olmuşdur ki. İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta qanunvericiliyin tələblərinə əsasən uzanan hüquqpozuntusu kimi qiymətləndirilə bilməz və bu xətava münasibətdə İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulus 3 aylıq müddət törədildiyi andan hesablanmaqla tətbiq olunmalıdır. Bundan əlavə Şəki Apelyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, ƏƏSMN yanında X48 Xidməti bu səpkili şikayətləri icraata götürərkən, işçi ilə işə götürən arasında mübahisələrin həll edilməsi ilə bağlı əmək və mülkü prosessual qanunvericilikdə nəzərdə tutulmuş-pozulmuş və ya pozulması ehtimal edilən hüquqların bərpası üçün müraciət müddətlərini nəzərə almalıdır. Bütün bunlara baxmayaraq DƏMX Şəki regional ərazi şöbəsi öz yanlış mövqeyindən əl çəkmir və yenə də uzanan hüquqpozuntusu adı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən qərar qəbul edir. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında şikayətçinin vəkili və nümayəndəsi X33 şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsi, “Qafqaz-Qəbələ" MMC-nin klaster maliyyə meneceri X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsinin 29.10.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və M.A.Abdullayevin barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin nümayəndəsi X39 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş V.Abdullayev, F.Quluyev, İ.Qəribli, E.Məmmədov, Ə.Məcnunov, X.İbrahimov, L.Məmmədli, U.Osmanov, S.Qənizadə, R.Eyvazov, N.Ədilli, R.Umarzadə, A.Hüseynov, H.Hacıyev, S.Osmanlı, S.Balalıyev, Y.Əliyev, K.Məmmədzadə, A.Nuruzadə, B.Rüstəmli və E.Mahmudov işlədikləri dövr ərzində gecə vaxtına düşən saatlara görə əlavə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan halla bağlı onun tərəfindən 26.10.2021-ci il tarixdə M№ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin rəisi X40 tərəfindən MN № ******* nömrəli 29 oktyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və X10 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X44 arasında bağlanmış əmək müqaviləsinə 29.11.2019-cu il tarixdə, X37 arasında bağlanmış əmək müqaviləsinə 04.01.2019-cu il tarixdə, X22 arasında bağlanmış əmək müqaviləsinə 03.07.2020-ci il tarixdə, X45 arasında bağlanmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X52 arasında bağlanmış əmək müqaviləsinə 07.01.2020-ci il tarixdə, X46 arasında bağlanmış əmək müqaviləsinə 07.01.2020-ci il tarixdə, X32 arasında bağlanmış əmək müqaviləsinə 07.01.2019-cu il tarixdə, X53 arasında bağlanmış əmək müqaviləsinə 02.09.2019-cu il tarixdə, X47 arasında bağlanmış əmək müqaviləsinə 28.02.2020-ci il tarixdə, X23 arasında bağlanmış əmək müqaviləsinə 27.11.2019-cu il tarixdə, X66 arasında bağlanmış əmək müqaviləsinə 05.03.2021-ci il tarixdə, X14 arasında bağlanmış əmək müqaviləsinə 08.10.2020-ci il tarixdə, X61 arasında bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə, X24 arasında bağlanmış əmək müqaviləsinə 08.01.2020-ci il tarixdə, X38 arasında bağlanmış əmək müqaviləsinə 08.06.2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrlərin hər biri üzrə işəgötürən tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan pozuntular üzrə protokol 26.10.2021-ci il tarixdə tərtib edilmişdir. Hesab edir ki, qeyd olunan pozuntular uzanan hüquqpozuntularına aid olduğundan qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Sonda isə məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsini və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin vəkil və nümayəndəsini dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət təmin edilməli və iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin 29 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməlidir. Belə ki, işdə olan 26.10.2021-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş V.Abdullayev, F.Quluyev, İ.Qəribli, E.Məmmədov, Ə.Məcnunov, X.İbrahimov, L.Məmmədli, U.Osmanov, S.Qənizadə, R.Eyvazov, N.Ədilli, R.Umarzadə, A.Hüseynov, H.Hacıyev, S.Osmanlı, S.Balalıyev, Y.Əliyev, K.Məmmədzadə, A.Nuruzadə, B.Rüstəmli və E.Mahmudova işlədikləri dövr ərzində gecə vaxtına düşən saatlara görə əlavə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X40 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 barədə tərtib edilmiş 26.10.2021-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X1 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 29.11.2019-cu il tarixli 866/X nömrəli əmrdən görünür ki, X59 Hotelində “Texniki Təmizlik” şöbəsində texniki işçi vəzifəsində çalışan X44 ilə bağlanmış müddətli əmək müqaviləsinə 29.11.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 03.01.2019-cu il tarixli 0026/D nömrəli əmrdən görünür ki, X59 Hotelində “Texniki Təmizlik” şöbəsinin təmir texniki vəzifəsində çalışan X37 ilə bağlanmış müddətli əmək müqaviləsinə 04.01.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 02.07.2020-ci il tarixli X- 20/32 nömrəli əmrdən görünür ki, Cəmiyyətin Ofisiant köməkçisi vəzifəsində çalışan əməkdaşı X22 ilə bağlanmış müddətli əmək müqaviləsinə 03.07.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşçi ilə son haqqhesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 0022/D nömrəli əmrdən görünür ki, X41 kassir vəzifəsində çalışan əməkdaşı X45 ilə bağlanmış müddətli əmək müqaviləsinə 08.01.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 0032/D nömrəli əmrdən görünür ki, X25 iaşə şöbəsinin ofisiantı X52 ilə bağlanmış müddətli əmək müqaviləsinə 07.01.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqqhesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 0010/D nömrəli əmrdən görünür ki, Cəmiyyətin anbardar vəzifəsində çalışan əməkdaşı X46 ilə bağlanmış müddətli əmək müqaviləsinə 08.01.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07.01.2019-cu il tarixli 9- 009/D nömrəli əmrdən görünür ki, Cəmiyyətin anbardar vəzifəsində çalışan əməkdaşı X32 ilə bağlanmış müddətli əmək müqaviləsinə 07.01.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 31.08.2019-cu il tarixli 0513 nömrəli əmrdən görünür ki, Müəssisənin təmizlik şöbəsinin əməkdaşı X53 ilə bağlanmış müddətli əmək müqaviləsinə 02.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27.02.2020-ci il tarixli X- 20/5 nömrəli əmrdən görünür ki, Cəmiyyətin anbardar vəzifəsində çalışan əməkdaşı X47 ilə bağlanmış müddətli əmək müqaviləsinə 28.02.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 02.12.2019-cu il tarixli 0347 nömrəli əmrdən görünür ki, Caspian Qəbələ city Hotelin Nəzarət-buraxılış xidməti əməkdaşı X23 ilə bağlanmış müddətli əmək müqaviləsinə 27.11.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 04.03.2021-ci il tarixli X- 21/37 nömrəli əmrdən görünür ki, Müəssisənin Qeydiyyatçı köməkçisi vəzifəsində çalışan əməkdaşı X66 ilə bağlanmış müddətli əmək müqaviləsinə 05.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 08.10.2020-ci il tarixli X- 20/84 nömrəli əmrdən görünür ki, Cəmiyyətin Qeydiyyatçı vəzifəsində çalışan əməkdaşı X14 ilə bağlanmış müddətli əmək müqaviləsinə 08.10.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 02.05.2021-ci il tarixli X- 21/73 nömrəli əmrdən görünür ki, Müəssisənin Ofisiant vəzifəsində çalışan əməkdaşı X61 ilə bağlanmış müddətli əmək müqaviləsinə 03.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 0046/D nömrəli əmrdən görünür ki, X72 Mətbəx şöbəsində aşpaz köməkçisi vəzifəsində çalışan əməkdaşı X24 ilə bağlanmış müddətli əmək müqaviləsinə 08.01.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 08.06.2020-ci il tarixli X- 20/29 nömrəli əmrdən görünür ki, Cəmiyyətin Aşpaz vəzifəsində çalışan əməkdaşı X38 ilə bağlanmış müddətli əmək müqaviləsinə 08.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə razılaşır ki, işçilər X44 ilə (29.11.2019-cu il), X37 ilə (04.01.2019-cu il), X22 ilə (03.07.2020-ci il), X45 ilə (08.01.2020-ci il), X52 ilə (07.01.2020-ci il) və X46 ilə (08.01.2020-ci il), X32 ilə (07.01.2019-cu il), X53 ilə (02.09.2019-cu il), X47 ilə (28.02.2020-ci il), X23 ilə (27.11.2019cu il), X66 ilə (05.03.2021-ci il) və X14 ilə (08.10.2020-ci il), X61 ilə (03.05.2021-ci il), X24 ilə (08.01.2020-ci il), X38 ilə (08.06.2020-ci il) işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsi nəzərə almamışdır ki, işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan işçilərin əmək müqavilələrinə xitam verməklə İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı məhz 29.11.2019-cu il, 29.11.2019-cu il, 04.01.2019-cu il, 08.01.2020-ci il, 03.07.2020-ci il, 07.01.2020-ci il, 08.01.2020-ci il, 07.01.2019-cu il, 02.09.2019cu il, 28.02.2020-ci il, 27.11.2019-cu il, 05.03.2021-ci il, 08.10.2020-ci il, 03.05.2021-ci il, 08.01.2020-ci il və 08.06.2020-ci il tarixlərdə törətmişdir. Həmin vaxtdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək, yəni 29 oktyabr 2021-ci il tarixədək 03 (üç) aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəməyə göndərilmiş şikayətin materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsin əməlindəki inzibati xətanın törədilməsi faktı müvafiq olaraq 29.11.2019-cu il, 29.11.2019-cu il, 04.01.2019-cu il, 08.01.2020-ci il, 03.07.2020-ci il, 07.01.2020-ci il, 08.01.2020-ci il, 07.01.2019-cu il, 02.09.2019-cu il, 28.02.2020-ci il, 27.11.2019-cu il, 05.03.2021-ci il, 08.10.2020-ci il, 03.05.2021-ci il, 08.01.2020-ci il, 08.06.2020-ci il tarixlərdən hesab edilməli, həmin tarixlərdən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 03 (üç) aydan çox müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X16 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Bundan başqa, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.09.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquq nəzəriyyəsində "uzanan hüquqpozuntuları" (cinayət, xəta) dedikdə başlayan və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilən qanunsuz əməllər başa düşülür. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları"nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) uzanan inzibati xəta hadisəsi sayıla bilməz. Belə ki, burada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta vahid niyyətlə əhatə olunur, heç bir halda inzibati xəta uzanan formada davam etmir. Maddənin dispozisiyasından da göründüyü kimi xəta işçinin əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsi anında törədilmiş olur. İşçilərin əmək haqqısı isə qanunvericiliyin tələblərinə əsasən adətən işlədiyi ayın sonunda bir dəfə hesablanır və işçiyə ödənilir. Bu halda isə xətanın müəyyən müddət ərzində fasiləsiz davam etməsi mümkün deyildir, yəni inzibati xəta işçinin əmək haqqısının hesablanıb ödənildiyi anda törədilir və həmin anda da başa çatır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin, həm də Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarının tələbləri baxımından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X10 inzibati məsuliyyətdən azad edilməlidir. Çünki, İXM-in 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X15 inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 29 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X48 Xidməti Şəki Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X15 inzibati tənbeh vermə haqqında 29 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar