Məhkəmə qərarları › İş №3(025)-566/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-566/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-566/2021 10.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11.09.2021-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs bıçaq zərbəsi vuraraq, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1 Dağlar Seyfi oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis baş leytenantı X4 izahatında bildirmişdir ki, 11.09.2021-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs bıçaq zərbəsi vuraraq, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X3 onun doğma bibisioğludur. 11.09.2021-ci il tarixdə axşam saat 19:30 radələrində o, Uludaş kəndində öz həyətndə işləyirdi. Daha sonra işini qurtardıqdan sonra həmin vaxtda Qəbələ rayon Uludaş kəndində yerləşən Zaur Müslüm oğluna məxsus olan dükandan şirniyyat almağa getmişdi. Bu vaxtda qöhumu (bibisi oğlu) Toğrul Abdulxaliqov dükana içkili vəziyyətdə gələrək salam verərək yanından keçdi və belindən bir dəfə zarafatyana şəkildə şillə ilə vurdu. Ona biraz yavaş, vur zarafatın öz yeri var deyə müraciət elədi. O da dedi ki, “sən də məni zarafatyana arada çimdikləyirsən”. Toğrul, həmişə aralarında zarafat olduğunu indi isə nə üçün onun zarafatına belə qarşılıq verdiyini soruşdu. O da əsəbi olduğunu Toğrul Abdulxalıqova dedi. Toğrul da ona əsəbi vəziyyətdə “sən kimsən, sən mənə neynəyə bİlərsən?”dedi. Toğrula getməsini içkili vəziyyətdə olduğunu bildirərək dedi ki, “ayıq olan vaxtda gələrsən söhbət edərik”.Toğrul Abdulxaliqov da ona dedi ki, “mənim söhbətim indi düşüb mən indi söhbət etmək istəyirəm”. Toğrul da ona dedi ki, “sənin elə səhvlərini deyərəm ki, sən ümumiyyətlə kəndə çıxa bilmərsən” özünü asıb öldürərsən. Toğrula onun səhvinin olduğunu dedi. Həmin vaxtda mağazada onların yanında dükanı işlədən Zaur Müslüm oğlu və bir nəfər adını xatırlamadığı şəxs də var idi. Toğrul Abdulxalıqova iki nəfərin yanında mübahisə etmək istəmədiyini bildirdi. Toğrul Abdulxalıqov da bu əsnasında ona dedi ki, “sənin başını bədənindən ayıraram, ağıllı ol! deyərək onu hədələdi. Toğrul Abdulxalıqova əgər səhvi varsa yanında olan iki nəfərin qarşısında səhvini ona deməsini bildirdi. Toğtul heç nə demədi, sadəcə olaraq ona dedi ki, “gedək qıraqda söhbət edək”. Bu zaman dükanın qarşısında qardaşı Ceyhun Şərifov onların mübahisəsinigörüb yanına gəldi. Toğrul Abdulxalıqov ona dəfələrlə “sənin səhvini deyərəm gedib özünü asıb öldürərəsən” deyrərk onu yenə əsəbləşdirdi. Toğrula gedib təklikdə söhbət etməyi bildirdi. Bu zaman qardaşı Ceyhun Şərifov da gəlmək istədiyini bildirdi. Dükandan kənarlaşıb gedərkən o, qabaqda gedirdi, qardaşı Ceyhun Şərifov və bibisi oğlu Toğrul Abdulxalıqov arxada gedərək söhbət edirdilər. Dükandan 50 metr uzaqlaşdıqdan sonra Toğrul Abdulxalıqova yaxınlaşaraq sözünü deməsini bildirdi. Toğrula sözünü deməsini bildridikdə Toğrul Abdulxalıqov yenə sakit durdu və o, kənarlaşaraq evə getdi. Evə gedərkən bibim oğlu Toğrul Abdulxalıqovun dediyi söz ona təsir elədi, əlindəki şirniyyəti mətbəxə qoydu, bağın aşağısında traktoru təmir edərkən yerə qoydğu istifadə olunmayan bıçağı götürüb Toğrul Abdulxalıqovun yanına getdi. Bu zaman əlində olan bıçağı heç kim görməmişdi. Toğrul Abdulxalıqovun yanına çataraq nə dediyini soruşdu. Toğrul da ona zarafat etdiyini bildirdi, o da elə zarafat olmadığını dedi. Bu sözü deyərək əlindəki bıçağı bir neçə dəfə ona vurdu. Qaranlıq olduğu üçün bıçağın onun hansı hissəsinə dəydiyini görmədi. Toğrula bir necə bıçaq zərbəsi vurduqdan sonra Toğrul qaçıb getdi və yenə onu hədələyirdi. Daha sonra atası səsə gələrək onların arasında olan mübahisəni gördü və onları ayırıb onu yaşadığı ünvana gətirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun dayısı oğludur. 11.09.2021-ci il tarixdə axşam radələrində Zaur Müslüm oğluna məxsus olan dükana ərzaq almaq üçün gedərkən, dayısı oğlu Dağları gördü zarafatyana əlini onun çiyninə qoydu və bu zaman dükanın içində Dağlar ona qışıqıraraq əl zarafatı etməməyini ona dedi. Çıxıb çöldə söhbət etməyi bildirdi. Dükandan 40-50 metrə kənarlaşdılar, bu zaman onların arasında olan mübahisəni qardaşı Ceyhun Şərifli də gördü, onun yanına gəldi, qardaşı Ceyhun Şərifli ona əl qol ataraq yaxasından tutmuşdu, lakin, onu vurmadı, o, Dağların qardaşı Ceyhun Şərifli ilə müabahisə edərkən qəflətən Şəxs arxadan gələrək ayağına bir dəfə bıçaqla zərbə vurdu, Dağlar onu bıçaqlayanda qardaşı yanında idi. Daha sonra Dağlar qaçıb getdi, atası və anası yanına gələrək onları ayırdı və bu zaman o da ”102” xidmətinə müraciət etdi. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 13.09.2021-ci il tarixli, 452 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- sağ budun arxa yuxarı 1\3-nin səthi yarası kimi xəsarəti vardır. Həmin xəsarətlər iti deşici-kəsici alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 11.09.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar