Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-566/2024 29.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X18 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Yeni Dızaxlı kəndində qeydiyyatda olan X12 barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X12 barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2052692) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Qəbələ şəhərində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X12 izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış evində kirayədə qalır və günəmuzd fəhlə işləyərək ailəsini saxlayır. X1 ilə aralarında tez-tez münaqişə olduğu üçün bir neçə dəfə polisdə işləri olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 23-00 evə gəlmiş və X2 qardaşına verdiyi soyuduğunun pulunu tələb edərək onunla mübahisə etmişdir. Həmin vaxt Gülnarə AR DİN 102 xidmətinə zəng etmiş və az sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmişdir. O, sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməyərək qapıya çıxıb polis əməkdaşlarının gəlməsinə etiraz etmiş, onlara qarşı kobudluq etmiş və ünvansız nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış evində kirayədə qalır və “ObaMarket”də satıcı-kassir vəzifəsində işləyir. Həyat yoldaşı X3 içkilərə aludə olduğu üçün çox vaxt sərxoş halda olur və onunla tez-tez səbəbsiz yerə münaqişə edir. xx.xx.2024-cü il tarixdə, saat 23-00 radələrində işdən gəlib yemək yeyərkən X4 halda evə gəlmiş və onu hədələməyə başlamışdır. Onun xoşagəlməz hərəkətlərə yol verməsinin qarşısını almaq məqsədilə o, AR DİN 102 xidmətinə zəng etmiş və az sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmişdir. X12 qapıya çıxıb polis əməkdaşlarının gəlməsinə etiraz etmiş, onlara qarşı kobudluq etmiş və ünvansız nalayiq ifadələr işlətmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 316 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan X7 orta dərəcəli sərxoşluq (1,730 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 022601 nömrəli İnzibati qaydada tutma haqqında protokolun surətinə əsasən X12 xx.xx.2024-cü il tarixdə, saat 23:10-da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, X12 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən X6 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 adında uşağı vardır. X6 himayəsində bir nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, X12 barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən saat 23:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-566/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-566/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver