Məhkəmə qərarları › İş №3(025)-567/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-567/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-567/2023 20.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, m ü ə y y ə n e t d i m: Qəbələ RPŞ-nin sahə rəisi, X2 xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Rspublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş TQS № 027 saylı Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs F60.3 xəstəliyi ilə “şəxsiyyətin emosional davamsız pozğunluğu” diaqnozu müəyyən edilmişdir. İş materiallarından görünür ki, Şəxs xəstəliyin aşkar olunub-olunmaması barədə, eyni zamanda anlaqlı olub-olmaması barədə məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati materialla bağlı qanunun tələblərinə riayət edilmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin hüquqi tövsifi dəqiq müəyyən etmək mümkün deyildir. Həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Hesab edirəm ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokol yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar