Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-567/2024 05.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X1, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi, Qəbələ rayon Polis şöbəsinin X8 bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2 iştirakları ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24118529 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24118529 nömrəli qərarından şikayətlə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi tətbiq edilməklə 60 manat məbləğində inzibati cərimə edilməsinə dair DİN BDYPİ tərəfindən elektron qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ24118529 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanasının həyətində əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerində mülkiyyətində olan Mercedes Benz E200 markalı, 99GP036 dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini saxlayaraq xəstəxananın tibbi xidmətlərindən istifadə etmişəm. xx.xx.2024-cü il tarixdə müvafiq elektron sistemə baxış keçirən zaman barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024- cü il tarixli EQ24118529 saylı qərar qəbul edildiyi və 60 manat inzibati cərimə edildiyim müəyyən edilmişdir. Halbuki, mən müddətsiz təyin edilmiş İİ qrup əliləm və fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasının "sonuncu müaniyəyə dair" məlumatı və Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 027378 saylı vəsiqə ilə təsdiq edilmişdir. Qeyd edilən faktlara əsaslanaraq barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24118529 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə etdiyim şifahi müraciət nəticəsiz qalmış və mənə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi, Qəbələ rayon Polis şöbəsinin X8 bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X5 şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda göstərdi ki, X3 məxsus avtomobildə əlil olmasına dair hər hansı nişan olmamışdır. Bu səbəbdən barəsində qərar qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ 24118529 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24118529 nömrəli inzibati xəta haqqında qərarda qeyd edilir ki, X4 “Mercedes Benz E200” minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində saxladığına görə İXM-in 346-1.3-cü maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsinə dair çıxarışdan görünür ki, X4 müddətsiz ikinci dərəcəli əlildir. İş materillarında olan Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 027378 nömrəli vəsiqədən görünür ki, X4 müddətsiz ikinci dərəcəli əlildir. Beləliklə, məhkəmə baxışında müəyyən olundu ki, X4 12 oktyabr 2024-cü il tarixdə EQ 24118529 nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir ona görə ki, idarə etdiyi “Mercedes Benz E200” minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklamaqla İXM-nin 346-1.3-cümaddəsinin tələbini pozmuşdur. Göründüyü kimi İXM-nin 346-1.3-cü maddəsi ilə məsuliyyətin yaranmasına üçün əsas Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasıdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, X4 İİ qrup əlildir. Səbzalı Əhmədov İİ qrup əlil olduğundan Qəbələ şəhəri Mərkəzi Xəstəxanasının qarşısında əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobili saxlaması qanuni olmuşdur və sözügedən maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı müəyyən olunduğundan, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-in 346-1.3cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24118529 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24118529 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-567/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-567/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver