Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-569/2023 23.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1973-cü il oktyabrın 04-də Vartaşen rayonu Vardanlı kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 oktyabr 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Qəbələ rayonu Aydınqışlaq kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 23 oktyabr 2023cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X8 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Qəbələ rayonu Aydınqışlaq kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 2-ci qrup müharibə əlilidir və qardaşı müharibədə şəhid olmuşdur. Dostu ondan Bakıya dəri aparılmasını xahiş etmişdir. Dostu kasıb olduğu üçün onun yükünü aparmaq qərarına gəlmişdir. Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən “Post Patrul” əməkdaşlarının sayrışan işıqlarınıyandırdığını görmüşdür. Lakin onu konkret olaraq saxladan olmamışdır. “Post patrul” maşınları adətən avtomobili həmişə sayrışan işıq yandıraraq idarə etdikləri üçün onu saxlamaq istədiklərini bilməmişdir.Həmçinin fikirləşmiş ki, avtomobildən ensə gərək polis əməkdaşına 5 manat pul versin. Belə olub avtomobilini saxlamamışdır. Zarağan kəndindən üzü aşağı düşən zaman eyni yolda onunla qarşı qarşıya hərəkət edən üzərində polisə aid hər hansı işarə olmayan avtomobildən bir nəfər düşərək özünü təqdim etmədən onunla kobud rəftar etməyə başlamışdır. Həmçinin ona şiddət göstərmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta tərkibi olmadığından işə xitam verilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İİ qrup əlil olmasının nəzərə alınmasını və digər xüsusatları nəzərə alaraq barəsində xitam qərarı qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Cavanşir Quliyev ilə "6" saylı dislokasiya üzrə Qəbələ rayonu, Nic qəsəbəsində xidmətdə olarkən Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən qanabənzər maye axdığını müşahidə ettmişlər. Sözügedən avtomobildən qanabənzər mayenin axmağı onlarda şübhə yaratmışdır. Buna görə də sayrışan işıqlardan istifadə edərək nəqliyyat vasitəsinin sürücüsünə avtomobili saxlaması barədə işarə vermişlər. Vətəndaş bir qədər getdikdən sonra avtomobili saxlamışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər və nəqliyyat vasitəsindən axan qan mayesinin nə olduğunu ondan soruşmuşlar. Lakin adı onlara sonradan məlum olan sürücü Şəxs və onun yanında əyləşmiş X5 avtomobildə nə olduğu barədə onlara heç bir məlumat verməmişdir. Bununla yanaşı sürücü Şəxs nümayişkaranə hərəkətlər etmiş, yəni, "polis kimdir mənim maşınıma baxır, mənim nə daşıdığımı soruşur" sözlərini deyərək suallarından qəsdən yayınmış, avtomobilin yük yerini təqdim etməmiş və yük yerini YPX əməkdaşlarına təqdim edəcəyini bildirmişdir. Buna görə də onlar həmin yerə Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşlarını dəvət etmişlər. DYPB-nin YPX inspektorları Kazım Kazımlı və Ruslan Mikayılov onlara yaxınlaşmışlar. Lakin sürücü Şəxs yenə də qəsdən tabesizlik göstərir, onların və YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, avtomobilin yük yerini təqdim etməməklə yanaşı nəqliyyat vasitəsini intensiv hərəkət olan yolun hərəkət hissəsində saxlamış, bununla da digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneçilik törətmişdir. Bununla bağlı iradları qəbul etməmiş, "heç kim mənə heçnə edə bilməz, maşın mənimdi harada istəsəm orada da saxlayaram" sözlərini deyərək qərəzli hərəkətlər etmişdir. Sözügedən nəqliyyat vasitəsindən axan qan mayesi və sürücünün hərəkətləri onlarda ciddi şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi və sürücü DYPB-nin əməkdaşlarının köməkliyi ilə tərəflərindən Qəbələ RPŞ-yə gətirilmiş, avtomobil duracağa yerləşdirilmiş, sürücü və sərnişin isə Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Qismət Cavanşir oğluilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə YPXİ polis serjantı Ruslan Mikayılov ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə xidmətdə olarkən təxminən saat 10:30 radələrində PPXB-nin Nic qəsəbəsində xidmət aparan əməkdaşları və Növbətçi Hissənin daxili rabitə vasitəsi ilə onlarla əlaqə yaradılaraq həmin istiqamətdə hərəkətdə olan “Ford” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən qan damlaları asfalta düşdüyü üçün həmin avtomobilin yerlədiyi əraziyə yaxınlaşaraq həmin avtomobilin sənədlərinə və yük yerinə baxış keçirməyə dəvət etmişlər. Sürücüyə özlərin təqdim etmişlər. Lakin həmin şəxs tabesizlik göstərərək yük yerini təqdim etməmişdir. Ona dəfələrlə bu barədə bildirsələr də, lakin sürücü Şəxs yenədə qəsdən tabesizlik göstərmişlər. Belə ki, avtomobilin yük yerini təqdim etməməklə yanaşı nəqliyyat vasitəsini intensiv hərəkət olan yolun hərəkət hissəsindən saxlamış, bununla da digər nəqliyyat vasitələrinin hərəkətlərinə maneəçilik törətmişdir. Bununla bağlı iradları qəbul etmir, “heç kim mənə heç nə edə bilməz, maşın mənimdi harada istəsəm orada da saxlayaram” sözlərini deyərək qərəzli hərəkətlər etmişdir. Sözügedən nəqliyyat vasitəsindən axan qan mayesi və sürücünün hərəkətləri onlarda ciddi şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi və sürücü DYPB-nin duracağına yerləşdirmişlər. Sürücü və sərnişin isə növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Qəbələ rayonu Aydınqışlaq kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bötüvlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olmaqla 400 manat pensiya almaqdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddələri ilə protokollar tərtib olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, X2 xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahat, iş materiallarına əlavə edilmiş video diskə köçürülmüş görüntü və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Qəbələ rayonu Aydınqışlaq kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.Belə ki, Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bötüvlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olmaqla 400 manat pensiya almaqdadır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-569/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-569/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver