Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-57/2023 22.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından şikayətlə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona 17 dekabr 2022-ci il tarixində Bakı şəhər DYPİnin hazırda soyadını və adını xatırlamadığı əməkdaşı tərəfindən şəxsi telefon nömrəsindən zəng gələrək ona məxsus olan 01BL020 dövlət qeydiyyat nişanlı Mersedes E240 markalı avtomobilin Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarını pozması səbəbindən Bakı şəhər X8 İdarəsində 7-ci otağa yaxınlaşması gərəkdiyini bildirmişlər. O isə Bakı şəhər DYPİ-nin əməkdaşına Qəbələ rayonunda qeydiyyatda olduğunu və burada yaşadığını söyləmiş və bu məsələ ilə bağlı Bakı şəhər X8 İdarəsinə gələ bilməyəcəyimi bildirmişdir. DYPİ-nin əməkdaşı ona bildirmişdir ki, əgər Bakı şəhər X8 İdarəsində 7-ci otağa şəxsən yaxınlaşıb törədilmiş inzibati xəta ilə tanış olmasa, ona məxsus olan 01BL020 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərində görüldüyü yerdə saxlanılaraq Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən cərimə meydançasına aparılacaqdır. O, Bakı şəhər DYPİ-nin əməkdaşına təklif etmiş ki, törətdiyi inzibati xəta haqqında kağız daşıyıcıda olan bildirişi və hadisənin təfərrüatı ilə bağlı görüntüləri hal-hazırda yaşadığı Qəbələ rayon Aydınqışlaq kəndindəki ünvanına poçt vasitəsilə göndərsinlər. Bakı şəhər DYPİ-nin əməkdaşı bunun mümkün olmadığını, mütləq surətdə şəxsən Bakı şəhər X8 İdarəsində 7-ci otağa yaxınlaşmağı lazım gəldiyini ona bildirmişdir. O isə bunun müqabilində Bakı şəhər DYPİ-nin əməkdaşına məlumat vermiş ki, onun hal-hazırda bu məsələ ilə əlaqədar Bakıya gələ bilmək kimi bir imkanı yoxdur. Ancaq ki, belə bir hadisə ilə ilk dəfə qarşı-qarşıya qaldığı üçün məsələni aydınlaşdırmaq məqsədilə Qəbələ Rayon Polis şöbəsinə yaxınlaşa bilər. Bakı şəhər DYPİ-nin əməkdaşı isə yenə də təkidlə bunun mümkün olmadığını və məsələnin aydınlaşdırılması üçün yalnız Bakı şəhərində yerləşən X8 İdarəsində 7-ci otağa yaxınlaşmağı lazım gəldiyini ona bildirdi. O, bu telefon danışığından sonrakı müddətdə Bakı şəhər X8 İdarəsində 7-ci otağa yaxınlaşmamış və bu telefon danışığından beş gün sonra 22 dekabr 2022 -ci il tarixində saat 12:09 -da ona məxsus olan ( 051 ***-**-** ) nömrəyə sms vasitəsilə İXP ******* nömrəli protokolla 100 (yüz) manat cərimə tətbiq edilməsi barədə bildiriş gəlmişdir. Gələn sms bildirişi 22 dekabr 2022-ci il tarixində gəlsə də, bildirişdə protokolun tərtib olunma vaxtı sms bildirişinin gəldiyi vaxtdan bir ay əvvəl - yəni 22 noyabr 2022-ci il olaraq qeyd olunmuşdur. 11 yanvar 2023-cü il tarixində isə həmin protokol əsasında Bakı şəhər DYPİ tərəfindən TP ******* nömrəli qərar qəbul olunmuşdur. Qeyd olunan protokol və qərar ona poçt vasitəsi ilə göndərilməmiş və ya təqdim edilməmiş, inzibati xəta pozuntusunun olduğunu sübut edən foto və video materiallar isə mövcud deyildir. Haqqında qəbul edilmiş qərarın surəti ona göndərilmədiyi üçün bir müddət gözlədikdən sonra qərarı əldə etmək üçün şəxsən Qəbələ Rayon Polis şöbəsinə müraciət etmiş və qərarın surətini əldə etmişdir. TP ******* nömrəli 11 yanvar 2023-cü il tarixli qərarla razı deyil. Barəsində qəbul edilmiş TP ******* nömrəli 11 yanvar 2023 - cü il tarixli qərarda İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmağı göstərilmişdir. Lakin həmin maddədə göstərilən hallar onun tərəfindən pozulmamışdır. Bundan əlavə barəsində iştirakı olmadan dərhal protokol tərtib edilsə və həmin protokol əsasında qərar qəbul edilsə də, o cümlədən "smsradar" mobil tətbiqində qərar göstərilsə də, İXM-nin 327.4-cü maddəsinin tələblərini pozduğuma dair şəkillər və ya videogörüntülər sistemə əlavə edilməmişdir. Nəticədə təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş "pozuntu" ilə bağlı heç bir sübut yoxdur. Qanunvericiliyiə əsasən də, şəxsin təqsirli bilinməsi üçün qanuni yolla əldə edilmiş sübutlar yoxdursa həmin şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Əgər bununla bağlı şübhələr varsa, həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Əgər təqsirinin olması ilə bağlı yol polisi əməkdaşlarında təqsirini sübuta yetirəcək qanuni yolla əldə edilmiş hər hansı video görüntü və yaxudda digər materiallar varsa, həmin materialların məhkəməyə təqdim edilməsini və məhkəmə zamanı araşdırılmasını xahiş edir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, onun tərəfindən guya yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbinə görə sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı şəhər X8 İdarəsinin polis mayoru X1 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP5494971 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X8 İdarəsinin polis mayoru X1 inzibati xəta haqqında TP5494971 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarda qeyd edilir ki, X5 21 noyabr 2022-ci il tarixdə saat 12:09-da Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küçəsində “Mercedes Benz E240” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək İXM-nin 327.4-cü maddəsinin tələbini pozmuşdur. X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən olundu ki, X3 11 yanvar 2023-cü il tarixdə TP ******* nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir ona görə ki, idarə etdiyi “Mercedes Benz E240” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək İXM-nin 327.4-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmi şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılamış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.4-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında qərardan şikayət vermiş X2 məhkəmə iclasında verdliyi izahatından belə məlum olur ki, inzibati qərarın tərtib edilməsinə əsas olan yol hərəkəti qaydalarının pozulması ilə bağlı qayda pozuntusunu təsdiqləyən sübutlar “smsradar” mobil tətbiqində göstərilməmişdir. Həmçinin qərar qanunla müəyyən edilmiş qaydada ona çatdırılmamış, onun barəsində qərar qəbul edilərəkən ona məlumat verilməmiş və onun iştirakı ilə araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X5 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğu və inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat verməli halda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat vermədən onun barəsində qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırmaq mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, qərar qəbul edən orqan tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsi ilə təqsirli olunmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı müəyyən olunduğundan, şikayət təmin edilməli, Bakı şəhər X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş X2 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP5494971 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər X8 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş X2 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP5494971 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-57/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-57/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver