Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-570/2021 11.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 30.09.2021-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində Şəxs yaşadıqları həyətdə Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, 30.09.2021-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində Şəxs yaşadıqları həyətdə Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayon Yenikənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, Zərərçəkmiş şəxs onun ögey anasıdır, onunla eyni mənzildə yaşayır. Təxminən 2 ildir ki, Zərərçəkmiş şəxs ilə aralarında münaqişələri baş verir. 30.09.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı həyətdə qoz yığan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşdı, ona qozun özünə məxsus olduğunu bildirərək üzərinə gəldi, onu itələdikdən sonra o yerdə olan boş şüşəni əinə aldı, şüşə ilə onu vurmaq istəsə də o, şüşəni aldı. Lakin Zərərçəkmiş şəxs yenidən yaxınlıqda olan ağac parçasını alaraq üzərinə gəldi, onu bir neçə dəfə vurduqda o, əsəbləşərək Zərərçəkmiş şəxs sinəsindən geriyə doğru itələdi, Zərərçəkmiş şəxs bir neçə addım geriyə gedərək yerə yıxıldı və ayağa qalxaraq oradan uşaqlaşaraq getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbəiə rayon Yenikənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, Şəxs onun ögey oğludur, onunla eyni mənzildə yaşayır. Təxminən 2 ildir ki, Şəxs ilə arasında münaqişələri baş verir. 30.09.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, həyətin ona məxsus hissədində Şəxs qoz yığdığı görərək ona yaxınlaşdı, Şəxs ona məxsus qozu yığmamamasını tələb etdikdə onun üzərinə gəldi, bir əli ilə boğazından tutaraq sıxdı, digər əlində olan boş şüşə ilə onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurduqdan sonra onu itələyərək yerə yıxdı. O, huşunu itirdi, bir neçə dəqiqədən sonra isə ayılaraq yaşadığı evə getdi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-570/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-570/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver