Məhkəmə qərarları › İş №3(025)-571/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-571/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-571/2024 31.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X11 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Bayramkoxalı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748944) tərtib olunmuşdur ki, o, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 15045 (on beş min qırx beş) manat ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədinə münasibətdə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 15045 (on beş min qırx beş) manat ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, "xxxx" MMC-də fəhlə işləyir və 500,0 manat əmək haqqı alır. Əmək haqqından ayda 250,0 manat tutularaq digər icra sənədi üzrə borcunun ödənilməsinə yönəldilir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023 saylı icra sənədi üzrə tələbin əmək haqqının qalan hissəsinə yönəldilməsinə razı olsa da tələbkar Zərərçəkmiş şəxs tərəfindən qəbul edilməmişdir. Himayəsində üç nəfər azyaşlı uşağı vardır və ailənin yeganə qazancgətirən şəxsidir. Hazırkı vəziyyətdə hər hansı bir məbləğdə tələbkara ödəniş etmək imkanı yoxdur. Ona görə də, borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Orucov X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 934/2023 saylı icra sənədi üzrə tələbi indiyədək tamamilə ödəməmiş və icradan yayınaraq gizlənmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023 saylı icra sənədi üzrə tələbin tam şəkildə ödənilməsini tələb edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs dəymiş maddi zərərin əvəzi olaraq 32 baş boğaz olan dişi damazlıq ana qoyun və 10 baş dişi quzu üçün 13300 (on üç min üç yüz) manat məbləğində pul, 1500 manat qoyunlara baxmağa görə ödədiyi artıq pul və ödənilmiş 110 (bir yüz on) manat ekspertiza xərci, 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 15045 (on beş min qırx beş) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun 31 avqust 2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-934/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 206215/2023-11-6-0 nömrəli Bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023-cü il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 206215/2023-11-6-008 nömrəli xəbərdarlığın surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023-cü il nömrəli icra sənədi üzrə tələbi könüllü qaydada təmin etməsi tələb olunmuş və ona AR İXM-nin 528.1-ci maddəsinin məzmunu izah edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-9/2024 saylı qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həps edilmişdir. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-934/2023 saylı icra sənədi üzrə borclu Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, e206215/2023-11-6-010 nömrəli arayışa əsasən, Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-934/2023 saylı icra sənədi üzrə borclu Şəxs tələbkara ödəniş etməmiş və borc olduğu kimi qalmaqdadır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2010cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adında uşaqları vardır. X3 himayəsində üç nəfər azyaşlı uşağı olması və hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakteri nəzərə alınaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar