Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-573/2021 24.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 noyabr 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 17.10.2021-ci il tarixdə Qəbələ rayonu, Xırxatala kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus fındıq ağaclarının budaqlarını kəsərək ona 14 manat 40 qəpik maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 05 noyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs 17.10.2021-ci il tarixdə Qəbələ rayonu, Xırxatala kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus fındıq ağaclarının budaqlarını kəsərək ona 14 manat 40 qəpik maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs ilə onun arasında əvvəllərdə münaqişlər baş verib, buna səbəb isə Zərərçəkmiş şəxs onun qoz ağacını kəsməsi olmuşdur. Zərərçəkmiş şəxs bağ sahəsində olan fındıq ağacının budaqları onların evinin damı üçün təhlükə yaratması və yola çıxması səbəbdindən o, Zərərçəkmiş şəxs bir necə dəfə fındıq ağacını kəsməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs fındıq ağacını kəsməmişdir. Buna görə 16.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs bir ədəd fıdınıq ağacının yol tərəf keçən budaqlarını kəsmişdir. 17.10.2021-ci il tarixdə Anar ona fındıq ağacını nə üçün kəsdiyini soruşdu. O, isə onun damı üçün təhlükə olduğunu, həmin vaxt Zərərçəkmiş şəxs ondan şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qonşusudur. Şəxs arasında əvvəllər də münaqişə baş verib. Buna səbəb bir il öncə Şəxs onun qoz ağacanı kəsməsi səbəb olmuşdur. O həmin vaxt Şəxs barəsində şikayət etdi. Şəxs əvvəllər bir necə dəfə ona “sən bu ağacları kəs hasarını yuxarı çək mən yolu yuxarıdan salacam” dedi. O isə həmin yerin öz şəxsi mülkiyyəti olduğunu ağacları kəsməyəcəyini kəndin yolunun olduğunu bildirdi. 17.10.2021-ci il tarixdə səhər O şəxsi mülkiyyətində yola yaxın hissədə olan bir ədəd fındıq ağacının budaqlarını kəsilərək yarasız hala salındığını gördü. O həmin vaxt Elmarı çağrıb ağacı onun kəsib-kəsmədiyini soruşdu. O isə ağacın budaqlarını qəsdən kəsdiyini bildirdi. Özünə haqq qazandırdı. O da buna görə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Daha sonra Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək Şəxs onun bağ sahəsində olan fındıq ağacını qəsdən kəsdiyini və nəticədə ona təxminən 60 manat maddi ziyan dəydiyini bildirmişdir. Sonda isə Zərərçəkmiş şəxs Şəxs ilə barışmadğını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/1343 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən 17.10.2021-ci il tarixdə Qəbələ rayonu, Xırxatala kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus fındıq ağacının budaqlarını kəsməsi müəyyən edilsə də, Şəxs özgənin əmlakını qəsdən məhv edərək maddi ziyan vurması faktı öz təsdiqini tapmır. Belə ki, Qəbələ RPŞ-nin təhqiqatçısı tərəfindən aparılmış araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı ziyan vurmaq məqsədi ilə qəsdən zədələməsi müəyyən olunsa da, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmiş, həmin ağacların budaqlarının onun evinin damına sallanaraq təhlükə yaratdığından kəsdiyini bildirmişdir. Yəni, Şəxs hərəkətlərinin qəsdən özgənin əmlakının zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşən Qasımov tərəfindən aparılmış araşdırma zamanı Şəxs izahatında fındıq ağaclarının budaqlarını onun evinin damına sallanaraq təhlükə yaratdığından kəsdiyini bildirmişdir. Lakin, təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs qəsdən Zərərçəkmiş şəxs məxsus fındıq ağaclarının budaqlarını kəsərək ona maddi ziyan vurması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-573/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-573/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver