Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-574/2021 12.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin, zərərçəkmiş şəxsin nümayəndəsi X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli 12.11.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(025)-1633/15 nömrəli, 22.12.2015-ci il tarixli qətnaməsinə əsasən 27.02.2010-cu il təvəllüdlü X6 və 23.09.2013-cü il təvəllüdlü X2 anasi Zərərçəkmiş şəxs yanında qalması, 27.02.2010-cu il təvəllüdlü X4 və 23.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Molam qızına ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, mütamadi olaraq aliment ödəməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2004 manat aliment borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs nümayəndəsi X5 verdiyi izahatında göstərmişdir ki, borclu qərəzli şəkildə alimenti ödəməkdən yayınır. Dəfələrlə ondan aliment borcunun ödənilməsini tələb etsələr də, Şəxs borcunu yalnız hissə-hissə ödəmiş, lakin alimenti tam olaraq ödəmir. Sonda isə məhkəmədən borclu Şəxs barəsində ağır tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən borcu ödəməkdən yayınmamışdır. Maddi imkanı olduqca, alimenti ödəyir. Son ayın ödənişlərinə dair qəbzləri də var. Sexdə ustanın yanında fəhlə kimi işləyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs alimenti ödəməkdən boyun qaçırmamış, mütamadi olaraq aliment ödəmişdir. Odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(025)-1633/15 nömrəli, 22.12.2015-ci il tarixli qətnaməsinə əsasən 27.02.2010-cu il təvəllüdlü X6 və 23.09.2013-cü il təvəllüdlü X2 anasi Zərərçəkmiş şəxs yanında qalması, 27.02.2010-cu il təvəllüdlü X4 və 23.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Molam qızına ödənilməsi qət edilmişdir. İşdə olan barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(025)-1633/15 nömrəli, 22.12.2015-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkara 17.09.2021-ci, 01.10.2021-ci, 17.10.2021-ci, 28.10.2021-ci və 12.11.2021-ci il tarixlərdə hissə-hissə aliment ödənişi etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 17.09.2021-ci il və 12.11.2021-ci il tarixlər arasında 840 manat aliment ödəsə də, hal-hazıradək 2004 manat aliment borcu qalmışdır. Bununla da borclu Şəxsnın icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-574/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-574/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver